Ana səhifə / Araşdırma / Bərdədə müharibə veteranının qətlə yetirdiyi həyat yoldaşı doğma əmisi qızı imiş

Bərdədə müharibə veteranının qətlə yetirdiyi həyat yoldaşı doğma əmisi qızı imiş

Bərdə rayonu Hacallı kənd sakinlərinin virtualaz.org saytına verdikləri məlumata görə, Əliyevlər ailəsində əvvəllər heç bir münaqişə, dava-dalaş, narazılıq baş verməyib.

Son bir ayda ailə başçısı Saday Əliyevin səhhətində problem yaranıb: “Saday Qarabağ döyüşçüsü olub. Maddi vəziyyətləri pis deyildi. Mal-qara saxlayır, təsərrüfatla məşğul olurdular. Bu ailə problemli ailə olmayıb”.

“Doğma əmiuşağı idilər. Belə bir hadisənin baş verməsi heç kimin ağlına gəlməzdi. Həmişə mehriban dolanıblar. Son vaxtlar Saday əsəblərinə görə müalicə olunurdu. Bu gün səhər Daşkəsəndə yaşayan qohumlarıgilə istirahətə gedəcəkdilər. Gecə arvadını öldürüb, uşaqları yaralayıb. Sonra da özünü eyvanda asıb. Uşaqlar hazırda Gəncədə xəstəxanadadırlar”, – Əliyevlər ailəsinin yaxın qonşusu və qohumu Mütəllim Nuriyev əlavə edib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın