Ana səhifə / Araşdırma / Bələdiyyə sədrinin qatili onunla əlbir imiş – Fakt

Bələdiyyə sədrinin qatili onunla əlbir imiş – Fakt

Saray qəsəbəsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirən şəxsin əvvəlcədən ailə ilə tanışlığı olub.

Axar.az-ın məlumatına görə, bələdiyyə sədri Vəsilə Əbilhəsənova və əri Vəfadar Əbilhəsənovu öldürən Fədai Hüseynov bələdiyyə sədrinə torpaq satışında kömək edib.   Məlumata görə, V.Əbilhəsənova F.Hüseynovun qardaşları Vüqar və Nurunu da qabaqcadan tanıyırmış. Bu detalı isbat edən məqam apreldə moderator.az saytında dərc olunan şikayət məktubudur.

Saray qəsəbəsi sakini olan şikayətçi Fikrət Məmmədov qeyd edir ki, bələdiyyə sədrinin adamları olan Vüqar, Nuru və Fədai Hüseynov qardaşları tərəfindən hücuma məruz qalıb. Onun sözlərinə görə, bələdiyyə sədri Sarayın “Şamlıq” deyilən ərazisində 2 hektar pay torpağını öz sürücüsü Ziyadxanın adına sənədləşdirib. Daha sonra Fədai və Vüqar Hüseynov qardaşlarının vasitəsi ilə satışa çıxarıb.

F.Məmmədov yazıb ki, V.Əbilhəsənovanın Hüseynov qardaşları ilə tanışlığında Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin əməkdaşı Elgiz Fərəcovun rolu olub. Şikayətçi onların birlikdə bir neçə belə torpaq sahəsini özəlləşdirib satdığını iddia edib:

“Hüseynovların əməllərindən 20 aprel 2015-ci ildə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdiyimizə görə 25 aprel tarixində Xırdalan şəhərində Vüqar, Fədai və Nuru qardaşlarının hücumuna məruz qaldım. Onlar qəflətən mənim və yanımda olan bacım oğlunun, qardaşım oğlunun üzərinə hücum edərək bizi hədələdilər, üstümüzə bıçaq çəkərək ölümlə təhdid etdilər”.

Xatırladaq ki, qatil qadının başını kəsib, ərini ürəyindən güllələyib, daha sonra evini yandırıb.   V.Əbilhəsənovanın həyat yoldaşı Vəfadar Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın