Ana səhifə / Araşdırma / Bələdiyyə sədri məscid üçün ayrılmış yeri qardaşına verib

Bələdiyyə sədri məscid üçün ayrılmış yeri qardaşına verib

Beyləqan rayonu Şərq qəsəbə sakinləri bələdiyyə sədrindən şikayətçidirlər.

“Qafqazinfo”ya müraciət edən 20-dən çox sakin bildirib ki, bələdiyyə sədri Vaqif Quliyev qəsəbədə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş idman meydançasının ərazisini satıb: “Həmin yerdə məscid tikilməsi nəzərdə tutulmuşdu, amma indi sədrin qohumu orada ev tikir. Seçildiyi dövr ərzində əhaliyə heç bir hesabat verməyib, özbaşına qərarlar verərək torpaq vergisi adı ilə kəndlilərdən aldığı pulların heç birinə qəbz vermədən mənimsəyib. Vaqif Quliyev həm də kənd üzrə baytar işləyir və dövlətin süni mayalanma yolu ilə alınmış hər buzova görə ayırdığı subsidiyaları qohumlarının və öz adına yazaraq mənimsəyir”.

Məsələdə ittiham olunan Vaqif Quliyev “Qafqazinfo”ya açıqlamasında sakinlərin iddialarını təkzib edib: “Həmin ərazini satmamışam, qardaşıma vermişəm. Qardaşım Vidadi Quliyev 1-ci qrup əlildir, işləyə bilmir. Evi var, amma “zdaniya”da yaşadığı üçün ona həyət evi tikirik. Qardaşıma verilən həyət stadiondan 25-30 metr aralıdır. Orada məscid üçün də yer qalıb, amma məscidlə bağlı məsələyə mən qərar vermirəm”.

V.Quliyev digər iddiaları da yalan adlandırıb: “Dövlət var, idarələr var. Subsidiyaları Maliyyə Nazirliyi ayırır, dövlət hər şeyə nəzarət edir. Mənim sadəcə süni mayalanma aparatım var, istəyən olanda istifadə edirik”.

Həmçinin oxuyun

DYP RƏİSİ ŞİRKƏTLƏRDƏN “HAQQ” TƏLƏB EDİR! – Avtobusları cərimə meydançasına doldurub + FOTOLAR

B Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinə yenicə rəis təyin edilmiş Məmməd Əliyev sərnişindaşıma şirkətlərini …