Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Azyaşlılara porno videolar satan şəxslər saxlanıldı – VİDEO

Azyaşlılara porno videolar satan şəxslər saxlanıldı – VİDEO

Cəlilabad rayonunda pornoqrafik videoları satan şəxslər saxlanılıb.

ARB TV xəbər verir ki, Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri zamanı rayonun Təbriz küçəsində yerləşən internet klubunun işçiləri Cavid Nəzərov və Hamil Xəlilov şübhəli şəxs qismində saxlanılıblar.

Məlum olub ki, onlar çalışdıqları yerdə internetdən əldə etdikləri pornoqrafik videoları yaddaş kartına köçürüb, azyaşlı və gənclərə satırmışlar. Tərəflər bu yolla əldə etdikləri pulları öz aralarında bölüblər.

Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın