Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Azyaşlı qıza sataşan məktəb direktoru oğluna hökm oxundu

Azyaşlı qıza sataşan məktəb direktoru oğluna hökm oxundu

Səbayel Rayon Məhkəməsində Ə.N-ya (adı şərti olaraq göstərilib-red) qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən İsmayıllı rayonunun Gideyli kənd sakini, 1986-cı il təvəllüdlü Aqşin Həsən oğlu Məmmədovun məhkəməsi başa çatıb.

Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə A.Məmmədova hökm oxunub. Məhkəmənin hökmü ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən A.Məmmədov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin zərərçəkən şəxs məhkəmənin hökmündən apelyasiya şikayəti verib. Ə.N-nin vəkili tərəfindən hazırlanan şikayətdə Bakı Apelyasiya Məhkəməsi Səbayel Rayon Məhkəməsinin hökmünü ləğv edib, A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 152-ci maddəsinin sanksiyası həddində 2 ildən daha ağır cəza, yəni 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyib.

Qeyd edək ki, A.Məmmədov yetkinlik yaşına çatmış şəxs olaraq sevgi münasibətlərində olduğu, uzaq qohumu, 16 yaşına çatmadığı ona məlum olan 1998-ci il təvəllüdlü Ə.N-nı idarə etdiyi “Mercedes Benz C220CDİ” markalı avtomobillə 14 dekabr, 2013-cü il tarixdə “Araz” hazırlıq kursuna aparan zaman yolüstü Bakı şəhəri, Səbayel rayonu, Şıxov çimərliyinə, kənar şəxslərin olmadığı əraziyə aparıb və avtomobildə bir-birilərini qarşılıqlı öpüb, sonra isə cinsi ehtirasının təmin edilməsi məqsədilə Ə.N-nin bədəninin digər nahiyələrinə toxunaraq sonuncu ilə seksual xarakterli başqa hərəkətlər edib.

A.Məmmədov Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, A.Məmmədov İsmayıllı rayonu Gideyli kənd orta məktəbinin direktoru Həsən Məmmədovun oğludur (“Report”).

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın