Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Araşdırma / AzTV sədrinin Qulu Məhərrəmliyə qarşı davası – Arif Alışanov məhkəməyə gəlmədi

AzTV sədrinin Qulu Məhərrəmliyə qarşı davası – Arif Alışanov məhkəməyə gəlmədi

Professor Qulu Məhərrəmlinin mediaya verdiyi müsahibədə təhqir olunduğunu iddia edən AzTV sədri A.Alışanov Yasamal rayon məhkəməsində bir az əvvəl başlanan baxış iclasına gəlməyib.

Xatırladaq ki, müsahibədəki tənqidi fikirləri şərəf və ləyaqətinin təhqir olunması, böhtan kimi qiymətləndirən AzTV sədri buna görə də jurnalistin  CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Aprelin 1-də hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında göstərilən maddələr üzrə cinayət işinin açılması üçün A.Alışanovun prosesə gəlməsinin zəruriliyi barədə vəsatət qaldırılmış və qəbul edilmışdi.

Lakin A.Alışanov iddiasını müdafiə etmək üçün məhkəməyə gəlməyib.

Bugünkü məhkəmə ilə bağlı açıqlama verən Q.Məhərrəmlinin vəkili Cavid Rzazadə bildirib ki, qanuna görə şikayətçi məhkəməyə gəlməsə işə baxıla bilməz, yəni Alışanovun gəlməsi məcburidir. 

Arif Alışanovun vəkili Zaur Abbasov jurnalistlərin bu barədə suallarına cavab verməyib.

mia.az

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın