Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / AZAL jurnalistin ayaqqabısını oğurladı,…

AZAL jurnalistin ayaqqabısını oğurladı,…

Jurnalist Elnarə Məmmədova Azərbaycan Hava Yolları (AZAL) şirkətinin işçiləri tərəfindən çamadanının açıldığını və ayaqqabılarının oğurlandığını bildirir.
Jurnalisit başına gəlmiş hadisə barədə bunları deyib:
“Bakıya gələndə AZAL-ın işçiləri heç bir səbəb göstərmədən çamadanımı aldı və yalandan dedilər ki, təyyarə gecikib deyə bəzi çantaları baqaja verirlər. Əlqərəz, Bakıya çatanda gördüm ki, çamadanımın altını üstünə çeviriblər. Yəqin başları qalıbmış, onu axtarıblar. Kimə dedimsə, qənim olan Allahlarına and verdilər ki, əl vurmayıblar. (Bilmirsən QMİ-nin işçiləri ilə danışırsan, yoxsa AZAL-ın). Evə gələndə gördüm ki, suvenirimi sındırıblar, üstəlik çimərlik ayaqqabımı da oğurlayıblar. Odur ki, sizlərə belə halla üzləşəndə çamadanınızı çəkdirməyi məsləhət görürəm, çamadanınızı çəkdirib özünüzlə götürün, əks halda mənim günümə düşəcəksiniz”.
Elnarə Məmmədova Moderator.az-a açıqlamasında əşyalarına zərər yetirildiyindən gec məlumat tutduğunu deyib:
“Mən hava limanındaca sındırılan və oğurlanan əşyaları görsəydim, oradaca lazımi tədbir görərdim. Suvenirimin sınmaması üçün ehtiyat tədbiri görmüşdüm. Onu hava qabarcıqlı polietilenlə bir neçə dəfə bükmüşdüm, skoçla da bağlamışdım. Hətta skoçu da kəsib açmışdılar. Ona görə də qırılıb. Hava limanında məni taksi gözləyirdi deyə əşyalarıma tam baxa bilmədim, sadəcə gördüm ki, çamadanım açılıb, əşyalarım qarışdırılıb. Bu barədə oradaca məlumat verdim və buna da nə qədər vaxtım getdi. Üstəlik taksiyə də gözlətdirdiyim üçün əlavə pul ödəməli oldum.
Bu hadisə birinci dəfə deyil. Bir dəfə də Berlinə uçanda çantamın altını üstünə çevirmişdilər. Üstəlik çamadanımın qıfılını da qırmışdılar”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın