Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Az bal yığan abituriyent özünü öldürmək istədi – Azərbaycanda

Az bal yığan abituriyent özünü öldürmək istədi – Azərbaycanda

Şəmkir sakini intihara cəhd edib.

“ Azinforum.az ” ARB 24-ə istinadən xəbər verir ki, şəhərin Tatarlı kənd sakini 18 yaşlı Namiq Cahan oğlu Qasımov dərman içərək həyatına son qoymaq istəyib. Anası tez xəbər tutduğuna görə o, Tovuz rayon Qovlar Şəhərinin Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.

İlkin müayinədən sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilən Namiq Qasımov reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin ehtimala görə, Namiqin intihar etməsinə onun qəbul imtahanında istədiyi nəticəni göstərə bilməməsi səbəb olub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın