Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / “Azərxalça” sədrinin milyonluq villası tapıldı – Foto

“Azərxalça” sədrinin milyonluq villası tapıldı – Foto

“Azərxalça” ASC-nin sədri Vidadi Muradovun Bakının Nərimanov rayonu Həsən Əliyev küçəsi 517-523 ünvanında yerləşən villasının fotoları yayılıb. Reportyor.info xəbər verir ki, bu haqda jurnalist Samir Feyruzov yazıb.Onun sözlərinə görə, villa “Bakı Klinikası”in arxasında yerləşir. Bu, V.Muradovun mənzillərindən, villalarından yalnız biridir: 2Villa çox böyükdür, yalnız bir hissəsini çəkə bildik. İndi özünüz fikirləşin, şəhərin ən prestijli yerlərindən sayılan bu ərazidə Muradovun villasının dəyəri neçə milyon olar!?”Qeyd edək ki, Azərbaycanda xalçaçılığın inkişaf etdirilməsi üçün çoxsaylı dövlət proqramları qəbul edilmişdi, fərmanlar imzalanmışdı. “Azərxalça” da (Azər-İlmə) məhz bu zəmində yaran xalçaçılıq şirkətidir. Hazırda 300 nəfər əməkdaşı var. Onlar bir neçə gün əvvə 5 aydır maaş almadıqlarına görə etiraz aksiyası keçirmişdilər.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …