Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Azərsun”un əməkdaşı güllələndi – Təfərrüatı

“Azərsun”un əməkdaşı güllələndi – Təfərrüatı

Xəbər verdiyimiz kimi, fevralın 19-u günorta saatlarında Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində Saatlı rayonundakı mağazalardan satış pulunu götürərək geri qayıdan “Azərsun” şirkətinin İmişlidəki ofisinin əməkdaşının idarə etdiyi VAZ-2107 markalı avtomaşına silahlı basqın edilib.

Mia.az xəbər verir ki, İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəsur Paşayevin virtualaz.org-a verdiyi məlumata görə, həmin şəxs İmişli rayon sakini, 1978-ci il təvəllüdlü Quliyev Ramil Aydın oğludur.

Baş həkimin sözlərinə görə, yaralının üzərində ilkin cərahiyyə əməliyyatı aparılıb. O, çiyin və bazu nahiyəsindən güllə yaraları alıb. Hazırda vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, şirkət işçisinin idarə etdiyi avtomobili saxlatdıraraq qarət etmək istəyən basqınçılar buna nail ola bilmədikdə həmin maşını təqib etməyə başlayıblar.

Lakin bunun da nəticə vermədiyini gördükdə, arxadan təqib etdikləri maşına ov tüfəngindən atəş açıblar. Nəticədə VAZ-2107-nin arxa şüşəsi qırılıb və güllələrdən bir neçəsi sürücü Ramil Quliyevə dəyib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın