Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlının qatili olan erməni azad edildi

Azərbaycanlının qatili olan erməni azad edildi

Ermənistanın Knetron və Nork Maraş inzibati rayonlarının ədliyyə məhkəməsi Soqomon Köçəryanı ömürlük həbs cəzasından azad edib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Armenia Today” xəbər yayıb.

Qeyd edək ki, S.Köçəryan 1995-ci ildə İran azərbaycanlısını qətlə yetirdiyi üçün edam cəzasına məhkum edilmişdi. Bundan sonra cəzası ömürlük həbslə əvəzlənmişdi.

Türmədə keçirdiyi 20 il ərzində Köçəryanın bütün ailəsi məhv olub. Onun arvadı 7 il qabaq xəstəlikdən ölüb, 19 yaşlı qızı isə ötən il intihar edib. Qızının qəfil ölümündən sonra Köçəryanın səhhəti ağırlaşıb. O, həbsxananın müalicə müəssisəsinə yerləşdirilib və son illərinin çoxunu burada keçirib.

Xatırladaq ki, Ermənistanda ömürlük həbs cəzası alanlar adətən azad olunmur. Köçəryanın azadlığa buraxılması ilk belə hadisədir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın