Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlıların Polşaya axını: süni ajiotaj, ya real problem?

Azərbaycanlıların Polşaya axını: süni ajiotaj, ya real problem?

Azərbaycanlıların Polşaya axını: süni ajiotaj, ya real problem?

Səfirlik daha həmvətənlərimizə “halva” paylamayacaq… Son günlər Azərbaycan cəmiyyətində, xüsusilə də “viza sektoru” deyilən cameədə belə bir panika yaşanmaqdadır: Polşa səfirliyi azərbaycanlıların axınını durdurmağa çalışır? Bu sual çox insanı, o cümlədən, ailəsinə çörək qazanmaq üçün Polşaya getməyi düşünən sadə vətəndaşları narahat edir. Rekrutinqlə məşğul olanları da narahat etməyə bilməz. Ona görə də, mövcud problemi ətraflı şəkildə təhlil etməyə çalışacam. Qarşımızda duran sualın 2 cavabı var: həm bəli, həm xeyr.

Bəli – ona görə ki, son illərdə, xüsusilə də 2018-ci ildə istər Azərbaycan vətəndaşlarının, istərsə də, digər ölkələrin vətəndaşlarının Polşaya axını həddən artıq çox olub. Polşada işçiyə ehtiyac var, lakin təklif tələbdən çox olanda, işsizlik problemi və xaotik məqamlar ortaya çıxır. Həmçinin, Polşa vizası ilə Avropa ölkələrini “basan” illeqal işçilər həm Brüsseldə, həm də Varşavada narahatlıq səbəbi olublar. Digər tərəfdən də viza alverçiləri və dəlallıq edib “viza düzəltmək” ilə pul qazanan şəxslər real rekruterlərə problem yaradırlar. Lakin istənilən halda, bu və digər səbəblər radikal qərarlar üçün yetərli deyil. “Xeyr” cavabını qüvvətləndirən məqamlar da var.

Məsələn, artıq Polşada kiçik büdcəli təşkilatlar, şirkətlər məhdud sayda işçi dəvət edə biləcəklər. Müəyyən lisenziyası olmayan şirkətlərin işçi dəvət edə bilməməsi əslində müsbət hal olacaq. Beləliklə, real rekrutinq üçün münbit şərait yaradılacaq. Sadəcə, Polşaya “vaqon-vaqon” adam göndərən bəzi şirkətlər sıradan çıxacaq. Onların üzündən indi bir çox zəhmətkeş insan Polşa səfirliyindən imtina cavabı almaqdadır (11-ci maddə ilə, yəni, onların Polşaya getmək niyyəti inandırıcı gəlmir). Səfirlik sadəcə piar xarakterli addımlar atır ki, insanlar Polşa vizasının “halva” olduğu fikrindən daşınsınlar. Bununla da, iqtisadiyyatı çiçəklənməkdə olan Polşa Respublikasına işçi göndərilməsi tənzimlənəcək. Bəlkə də, nə olursa yaxşılığa doğru olur. Artıq bu sektorda iddialı olan şirkətlər istedad nümayiş etdirməli, xarici əlaqələrini gücləndirməli olacaq. Polşanın iri şirkətləri və kadr agentliklərilə əlaqələr qurmaq, onlarla əməkdaşlıq etmək əsas prioritet olmalıdır. Bunun üçün isə panika və ajiotajdan uzaq olmalı, mətbuatımız da pulla kimisə qabağa çəkməkdən, sifarişlə kimisə “vurmaqdan” əl çəkməlidir. Bir sözlə, işini bilən bu sektorda qalacaq, inkişaf edəcək.

Rüfət Əhmədzadə

Polşaşünas, rekruter

Azinforum.az

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …