Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlı məmur 75 milyon dollar ödəməsə – Həbs olunacaq
���� �������� �������� ���� ��� �� ����������6 ��017 ���� ������������ ����. ��������/ ���

Azərbaycanlı məmur 75 milyon dollar ödəməsə – Həbs olunacaq

Səlahiyyətlərindən sui-istifadə etmək və 70 milyon dollar dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirov açıqlama verib.

Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Nəsirov ona qarşı irəli sürülən ittihamları rədd edib, həmçinin hüquqlarını qanuni şəkildə məhkəmədə müdafiə edəcəyini deyib.

İki milyard qriven (təqribən 75 milyon dollar) girov qarşılığında azad ediləcəyi ilə bağlı tələbə gəlincə, Nəsirov bunu marazm adlandırıb: “İstənilən şəxs deyə bilər ki, bu, nə nəzəri, nə də praktiki baxımdan reallaşa bilməyəcək girovdur.

Mən heç vaxt qaçmayacağam. Haqlı olduğumu sübut edəcəm. Çünki etdiyim hər bir şey qanunidir”.

Qeyd edək ki, ötən gün Kiev məhkəməsi Nəsirova qarşı həbs qətimkan tədbiri seçməli idi. Lakin onun vəkilləri hakimin bu işdən uzaqlaşdırılmasını istədikləri üçün məhkəmə təxirə salınmışdı. Bu gün baş tutan prosesdə isə hakimin uzaqlaşdırılması ilə bağlı Nəsirovun vəkillərinin verdiyi vəsatət təmin olunmayıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın