Ana səhifə / Araşdırma / Azərbaycanlı iş adamı oğurlanaraq – İşgəncə ilə öldürüldü

Azərbaycanlı iş adamı oğurlanaraq – İşgəncə ilə öldürüldü

Ukraynanın Donetsk vilayətinin Qorlovka şəhərində naməlum şəxslər azərbaycanlı iş adamını oğurlayaraq öldürüblər.

“ Azinforum.az ” xəbər verir ki, Donetsk vilayəti Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, əslən Azərbaycanın Dəvəçi rayonundan olan, Ukrayna vətəndaşı İlqar Aşurov yaşadığı Qorlovka şəhərində avtomobili ilə birgə naməlum şəxslər tərəfindən oğurlanıb.

Bir neçə gün sonra onun meyiti şəhərdə istifadəyə yararsız zavodların birinin həyətində tapılıb. Meyitin üzərində ağır işgəncə əlamətləri olub. Onun döyülərək öldürüldüyü ehtimal edilir.

İ. Aşurovu öldürən şəxslər xarici markalı avtomobilini və maşındakı külli miqdarda pulu aparıblar.

Qeyd edək ki, Qorlovka şəhəri hazırda separatçı “Donetsk Xalq Respublikası”nın nəzarəti altındadır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın