Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlı biznesmen Moskvada özünü asdı

Azərbaycanlı biznesmen Moskvada özünü asdı

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan vətəndaşı intihar edib.

Criminal.az bildirir ki, həmin şəhərdə yaşayan azərbaycanlıların verdikləri məlumata görə, Mehman adlı gənc ”Kuzminka” parkında özünü asıb.

Mehman bir neçə gün əvvəl yoxa çıxıb. Yaxınları onu axtarsalar da, tapa bilməyiblər. Üç gün sonra isə parkda ağacdan asılmış meyiti aşkarlanıb.

Şamaxı rayonun sakini olan Mehman Moskvadakı bazarlardan birində bizneslə məşğul idi. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın