Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycanın məşhur iş adamına seks tələsi – Fotolar

Azərbaycanın məşhur iş adamına seks tələsi – Fotolar

Azərbaycanda fəaliyyət göstərən tanınmış iş adamı Mustafa Tayat Türkiyədə girov götürülərək qəsb edilib.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, iş adamından şantaj yolu ilə pul alınıb. Belə ki, iş üçün Türkiyəyə gedən Tayatı keçmiş işçisi Lətifə M. qəhvə içmək üçün bir villaya dəvət edib. Bəzi türk saytları isə iş adamının seks “qonaqlığı”na dəvət edildiyini yazır.

Daha sonra 2 nəfər maskalı şəxs həmin villaya gələrək iş adamını girov götürüb və 2 gün əl-ayağı bağlı halda saxlayıb.

İddiaya görə maskalı şəxslər Mustafa Tayatı şantaj edərək qeyri-etik fotolarını yayacaqlarını deyib və ondan 3 milyon türk lirəsi tələb ediblər. Buna nail olmadıqda isə iş adamının 10 min TL-sini alan şəxslər qaçıblar.

Tayat hadisə barədə polisə məlumat verib və hazırda hüquq-mühafizə orqanları stilist Lətifə M. və digər 2 nəfəri axtarır.

Aysel Kərimova

Azərbaycanın məşhur iş adamına seks tələsi -  Fotolar
Azərbaycanın məşhur iş adamına seks tələsi -  Fotolar
Azərbaycanın məşhur iş adamına seks tələsi -  Fotolar
Azərbaycanın məşhur iş adamına seks tələsi -  Fotolar

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın