Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Azərbaycanın “biznesmen” nazir və komitə sədrləri – Kimin hansı şirkəti var?

Azərbaycanın “biznesmen” nazir və komitə sədrləri – Kimin hansı şirkəti var?

Hazırda Nazirlər Kabinetinin tərkibində 32 qurum yer alır ki, onlardan 17-si nazirlik, 8-i dövlət komitəsi, 7-i dövlət xidmətləridir və dövlət agentlikləridir. Nazirlər Kabinetinin tərkibində fəaliyyət göstərən nazirlik və qurumların rəhbərləri arasında vaxtilə müxtəlif sahələrdə çalışmış, eyni zamanda öz şəxsi biznesi olan məmurlar az deyil.
Yüksək vəzifə təyinatına qədər sahibkarlıq fəaliyyəti göstərmiş və müxtəlif şirkətlərə rəhbərlik edən nazirlərlə bağlı araşdırma aparmışıq.
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində biznes fəaliyyəti ilə məşğul olub. Mətbuata açıqlaması zamanı bunu inkar etməyən nazir bildirib ki, həmin şirkət “M-Gilan” adlanıb və əsasən Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərib.
Təhsil naziri Ceyhun Bayramov “Omni” hüquq şirkətinin rəhbəri olub. Nə az-nə çox, düz 11 il bu şirkətə rəhbərlik edən C.Bayramovun şirkəti bank və maliyyə qurumlarına hüquq xidmətləri göstərib.
Gənclər və İdman naziri Azad Rəhimov “İtaldizayn” şirkətinin baş direktoru olub. Bu şirkət Avropa istehsalı olan mebellərin idxalı və satışı ilə məşğul olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev müxtəlif özəl şirkətlərdə yüksək vəzifələr tutub. Marketinq araşdırmaları aparan şirkətə rəhbərlik edib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli özəl səhiyyə sektorunda tanınmış sima olub. Paytaxtdakı “Nəbz” Tibb mərkəzinin və “Medeks” MMC-nin baş direktor işləyib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Paşa İnşaat” və “Bakı Dəmir-Beton-8” şirkətlərinin baş direktoru işləyib. Biznes sahəsində böyük təcrübəyə malik agentlik rəhbərinin son iş yeri Milli Turizm Təbliğat Bürosu direktoru vəzifəsi olub.
Qeyd edək ki, nazirlərin adıçəkilən fəaliyyətləri haqda rəsmi “vikipedia” səhifələrində və mətbuatda məlumat yer alıb/azxeber

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …