Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Azərbaycandan böyük pullar aparan əcnəbi müğənnilər – Onlar da vergiyə cəlb olunurmu…

Azərbaycandan böyük pullar aparan əcnəbi müğənnilər – Onlar da vergiyə cəlb olunurmu…

Əcnəbi müəğənnilərin, estrada ulduzlarının yüksək qonorar müqabilində Azərbaycanda konsert proqramlarında, toylarda iştirakı heç kimə sirr deyil. Sonuncu və böyük rezonans doğuran hal türkiyəli müğənni Murat Bozun yüksək məbləğ qarşılığında (Türkiyə mediası 400 min dollar yazdı, azərbaycanlı toy sahibləri 80 min söylədi) Azərbaycandakı məmur övladının toyunda iştirakı ilə bağlı idi.
Maraqlıdır ki, Azərbaycan ərazisində kifayət qədər yüksək məbləğ əldə edən müğənnilərin vergiyə cəlb edilməsi prosesduru hansı şəkildə icra olunur?

Məsələ ilə bağlı Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 125-ci maddəsinin tələblərinə əsasən, qeyri-rezidentlərin gəlirləri ödəmə mənbəyində vergiyə cəlb edilir:

“Bu baxımdan xaricdən dəvət edilmiş müğənnilərin gəlirləri, qeyri-rezidentlərin gəliri kimi dəyərləndirilməklə onlara ödənilən vəsaitlərdən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulur.
Mövcud qanunvericiliyə əsasən, ödəmə mənbəyində vergitutma zamanı vergilər bilavasitə gəlir əldə edən şəxs tərəfindən deyil, bu vəsaiti ödəyən fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən tutulur, bəyan edilir və büdcəyə ödənilir. Yəni, xaricdən dəvət edilmiş müğənninin vergi öhdəliyinin yerinə yetirilməsinə cavabdehlik bilavasitə təşkilatçı şirkətin üzərinə düşür”.
Bildirilib ki, qeyri-rezidentlərin ölkəmizdəki vergi orqanında qeydiyyatda olan şəxslərə xidmət etməsi halları da qanunvericilikdə öz əksini tapıb:
“Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən, qeyri-rezident Azərbaycan Respublikasının ərazisində vergi orqanında uçotda olan şəxslərə işlər (xidmətlər) təqdim edirsə, o cümlədən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. İşlərin (xidmətlərin) alıcısı onların dəyərinə 18 % dərəcə ilə ƏDV hesablamalıdır. Hesablanmış vergini ƏDV ödəyiciləri ƏDV bəyannaməsində, digər vergi ödəyiciləri isə xüsusi bəyannamə formasında növbəti ayın 20-dən gec olmayaraq bəyan etməli, ƏDV ödəyiciləri həmin müddət ərzində, digər vergi ödəyiciləri isə ödənişdən sonrakı 7 gün ərzində ƏDV-ni büdcəyə ödəməyə borcludurlar”.

Rəsmi məlumata görə, xarici müğənnilərə gəlir ödəyən şəxs vergi orqanlarında qeydiyyatda olmayan şəxs olduğu halda qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri gəlir (mənfəət) vergisinə cəlb edilir:
“Vergi Məcəlləsinin 149.2-ci maddəsində müəyyən edilmiş müddətdə qeyri-rezidentin təyin etdiyi vergi agenti tərəfindən müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim olunur.
Azərbaycan mənbəyindən əldə olunan gəlirlərində vergi öhdəliyini yerinə yetirmək üçün agent təyin etməyən qeyri-rezident həmin gəlirdən qanunla müəyyən olunmuş vergiləri ödəmək məqsədilə Azərbaycanda vergi uçotuna alınmalı və əldə etdiyi gəlirlər üzrə bəyannamə təqdim etməlidir”.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …