Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Azərbaycandakı əcnəbi məhbuslar nə üçün ekstradisiya olunmurlar?

Azərbaycandakı əcnəbi məhbuslar nə üçün ekstradisiya olunmurlar?

Yüzlərlə xarici ölkə vətəndaşı cəza çəkir; ekstradisiya prosedurları necədir?

Hazırda Azərbaycan həbsxanalarında yüzlərlə əcnəbi məhbus cəza çəkir. Onların öz ölkələrinə ekstradisiya olunmamaları müəmmalı olaraq qalmaqda davam edir. Doğrudur, indiyə qədər çoxsaylı əcnəbi məhbuslar razılıq əsasında doğma ölkələrinə ekstradisiya olunublar.
Məhbusun digər dövlətin ərazisində həbs olunub, öz ölkəsində cəza çəkməsinin  hüquqi proseduralarını araşdırdıq. 
Hüquqşünas Müzəffər Baxış bildirdi ki, hər bir ölkə öz məhbus vətəndaşı ilə bağlı digər ölkəyə mütləq müraciət etməlidir: “Qanunun tələblərinə görə, xarici ölkədə daimi yaşamaq hüquqi olan, lakin vətəndaşlığı olmayan şəxslər həmin ölkənin ərazisində cinayət törətdikdə, cinayət məsuliyyətinə cəlb olunurlar. Amma onların vətəndaşlıqları olan ölkələrə ekstradisiya olunmaları dövlət arasında olan müqavilələr, yaxud həmin ölkə Avropa Şurasının üzvüdürsə, qurumun konvensiyasının müdəalarına əsasən mümkündür. Konkret həmin ölkə vətəndaşının cəza çəkdiyi dövlətə müraciət edir. Xüsusi razılıq əldə olunduğu zaman ekstradisiya həyata keçirilir. Məhbus hansı ölkənin vətəndaşıdırsa, orada da cəza çəkir. Hər bir dövlət istənilən halda öz vətəndaşının öz ölkəsində cəza çəkməsi üçün Azərbaycana müraciət etməlidir. Qarşılıqlı razılıq əsasında bu məsələ həll olunmalıdır. Eləcə də, bu hal Azərbaycana da şamil olunur. Belə ki, vətəndaşımız xarici ölkələrin birində cinayət törətdikdə, Ədliyyə Nazirliyi vasitəsilə, həmin dövlətə müraciət olunur. Bunun əsasında həmin şəxsin Azərbaycanda cəza çəkməsi öz həllini tapır. Bu məsələlər yalnız bu qaydada həyata keçirilir. Əgər həmin ölkələrlə qeyd etdiyim müqavilələr varsa, məsələlər bu şəkildə həlli yolunu tapır. Əgər öz ölkəsi vətəndaşının ekstradisiyasında maraqlı deyilsə, bu mümkün deyil. Məsələn, Azərbaycan istənilən əcnəbi məhbusu müraciət yoxdursa, hara göndərməlidir?”
Hüquqşünas məhbusun təhvil verildiyi ölkə barədə də ciddi araşdırma aparılmasının vacibliyini vurğuladı:“Ölkə vətəndaşını tələb edə bilər. Amma araşdırma aparılmalıdır. Bəlkə məhbus öz ölkəsinə getmək istəmir. Çünki həmin ölkədə dəhşətli rejim mövcud ola bilər. Məhbus həyatından, ona verilə biləcək işgəncələrdən qorxa bilər. Belə hallarda imtina olunur. Məhbusa öz ölkəsində işgəncə verilmə ehtimalları varsa, bu şəkildə məhbusun ekstradisiya olunması beynəlxalq normalara ziddir”. Musavat.com

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın