Son illər neftin qiymətlərində baş verən dəyişmələr bir daha sübut
etdi ki, iqtisadiyyatını sırf neft amili üzərində quran ölkələrdə ciddi
problemlər yaşanır. Prezident İlham Əliyev fəaliyyətinin ilk
dönəmlərindən qeyri-neft sektorunun inkişafına ciddi diqqət yetirir.
Azərbaycan kimi təbii,iqlim resurslarına malik olan ölkələr üçün ən
əhəmiyyətli sahələrindən biri də turizm sektorudur. İstər qış,istərsə də
yay turizmi üçün zəngin imkanlara malik olan ölkəmizdə bu sahədə hələ
də ciddi problemlər yaşanır. Sirr deyil ki, turizm sektorunda ölkəmiz
qonşu dövlətlərə uduzur. Hətta öz vətəndaşlatrımız belə qonşu ölkələrdə
dincəlməyi daha üstün və cəlbedici sanırlar. Bəs cənnət Azərbaycanı niyə
turizm mərkəzinə çevirə bilmirik? 825km Xəzər sahili çimərlik turizmi,
qarlı dağlarımız qış turizmi, dağlıq rayonlarımız dağ və ekstremal
turizm, biri birindən gözəl kəndlərimiz kənd və ya aqrar turizm,
Azərbaycanın qədim tarixini özündə əks etdirən tarix-memarlıq
abidələrimiz mədəni turizm, mineral bulaqlarımız, müalicəvi neftimiz və
iqlimimiz müalicə-sağlamlıq turizmi, milli parklarımız və meşələrimiz
ekoturizm, regionlardakı olimpiya kompleksləri və idman qurğuları idman
turizmi, ziyarətgahlarımız dini turizmin, bənzərsiz mətbəximiz
qastronomiya turizminin inkişaf etdirilməsi üçün imkan verir. Göründüyü
kimi qeyd olunan sahələri inkişaf etdirməklə hər il böyük məbləğli gəlir
əldə etmək mümkündür. Düzdür dövlət başçısının tapşırığı ilə bir sıra
ölkələr üçün viza rejiminin sadələşdirilməsi müəyyən qədər Azərbaycana
gələn turistlərin sayının artmasına səbəb olub. Amma hər zaman turizmin
inkişafına mane olan əsas səbələrdən biri və ya birincisi qiymət
problemidir. Sirr deyil ki, ölkəmizə gələn qonaqlar paytaxt Bakının
ecazkarlığından ağızdolusu danışsalar da, qiymətlərin bahalığı onları
hər zaman narazı salır. Bu gün Azərbaycanda restoranlardakı qiymətlər
xarici turistləri dəhşətə gətirir. Bu bir faktdır ki, ölkəmizdə turizm
qiymətləri göstərilən xidmətlərə uyğun gəlmir. Qiymətlərin çox baha
olması hər kəsi narazı salır. Təsadüfi deyil ki, ağacın kölgəsi üçün pul
istəmək kimi lətifəvari təcrübə də ölkəmizdə qeydə alınıb.
Yay
aylarında Xəzərsahili ərazilərdə turist sayı istənilən səviyyədə olmur.
Çünki,dəniz sahilinin ayrı-ayrı məmurlar tərəfindən çəpərlənməsi,
mənzərəli və turizmə xidmət edə biləcək ərazilərin zəbt olunması bizi bu
günə gətirib çıxarıb. Problemin dərinləşməsində həmçinin korrupsiya və
rüşvətin də “danılmaz xidmətləri” vardır. Məlumdur ki, mövsüm
başlamamışdan gəlib sahibkarların, turizm obyektlərinin başlarının üstün
kəsdirirlər ki, pul ver. Sahibkar da məcbur şəkildə ondan alınan
qanunsuz pulun əvəzi kimi qiyməti artırır. Odur ki,qanunsuz
yoxlamalar,”aylıqlar” və s. süni amillər yığışdırılmadan turizm
sahəsində inkişafdan danışmaq mümkün olmayacaq.
Bu
gün ölkədə mehmanxana təsərrüfatı və digər turist müəssisələri var.
Hazırda mehmanxana təsərrüfatı pillə-pillə inkişaf edir. İş adamlarımız
yalnız dörd və beşulduzlu hotellər inşa etdirərək istifadəyə verir.
Ancaq iki və üçulduzlu otellər də lazımdır. Çünki bu cür mehmanxanalara
qoyulan xərc azdır. Nəticədə bu da qiymətə təsir edir. Qiymətlər aşağı
olanda da tələbat çox ola bilər. Bu, markentiqin prinsipidir.
Turizm
sahəsində kadr potensialının çatışmazlığı, süni maneələr və təbii ki,
“birdən varlanmaq” istəyi qaldıqca ölkəmiz bu sahədə qonşulara uduzmaqda
davam edəcək. Son zərbə isə yenə də hamımıza dəyir!
Rubrika.Az
Ana səhifə / Araşdırma / Azərbaycanda turizmin inkişafında “məmur səddi” – Mövsüm başlamamış “aylıq”lar başlayır
Həmçinin oxuyun
İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?
Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …