Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda nazirliyin laboratoriyası yandı

Azərbaycanda nazirliyin laboratoriyası yandı

Ucar rayonunda güclü yanğın hadisəsi baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Kənd Təsərrüfatı Nazirliyinin, Ucar rayon idarəsinin inzibati laboratoriya binasında qeydə alınıb.
Əraziyə FHN-nin Ucar yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub və qısa zaman ərzində yanğının qarşısı alınıb. Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır. Üç mərtəbədən ibarət olan inzibatı binanin inşasına ötən ilin son aylarında başlanılıb və bu ilin may ayında isdifadəyə verilməsi gözlənilirdi.
Xatırladaq ki bina istifadəyə verildikdən sonra Kənd Təsərrüfatı Nazirliyinə tabe olan bir neçə şöbələrin də bu binaya koçülməsi nəzərdə tutlurdu. İdarə binasında laboratoriya, nümunələri, bitki kabinetləri, turşu və qələvilərin saxlanması, analitik əməliyyat, bitki və toxumçuluq otaqları mövcuddur. Əlavə olaraq idarənin həyətində dərman preparatlarının saxlanma anbarı və KTN-ə məxsus maşınların saxlanılması üçün qaraj da nəzərdə tutulub. KTN-nin, 56 rayonda bu cür idarə binası tikilir.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın