Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda nazir müavininin qolu sınıb

Azərbaycanda nazir müavininin qolu sınıb

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ciddi zədə alıb.

“Report”un məlumatına görə, nazir müavininin qolu sınıb. Bu səbəbdən İ.Rəhimov həm nazirlik, həm MPK-nın tədbirlərinə qolu gipsli vəziyyətdə qatılıb.

Belə ki, nazir müavini qarlı hava şəraiti zamanı yolların buz bağlaması səbəbindən yıxılaraq zədə alıb.

Qeyd edək ki, Bakıda axırıncı dəfə şaxtalı hava şəraiti fevral ayının ikinci on günlüyündə qeydə alınıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın