Ana səhifə / Araşdırma / Azərbaycanda mağazaları olan türk biznesmen nədən narazıdır…

Azərbaycanda mağazaları olan türk biznesmen nədən narazıdır…

Türkiyənin 55 milyard lirə dövriyyəsi olan məşhur “Özsüt” şirkətinin baş direktoru Güçlü Şeneler İstanbulda keçirdiyi mətbuat konfransında şirkətin problemlərindən və uğurlarından danışıb. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş direktor Azərbaycanda 3 mağazalarının açıldığını, lakin ənənəvi yollarla hazırlanan südlü şirniyyatların Azərbaycana göndərə bilmədiklərini bildirib.

500 milyon lirə gəlirlərinin olduğunu deyən şirkət rəhbəri həmçinin xarici ölkələrdə açılan mağazalarda kirayə haqqının yüksək olmasından da gileylənib: “Kirayə haqqı məhsulun qiymətini keçib! Bu baxımdan çox ciddi problemlər var. Türkiyədə qida sənayesi genişlənir. Önümüzdəki 5 il ərzində 10 ölkədə şöbələrimizi açmağı planlaşdırırq. Yaxın Şərq ölkələrindən inanılmaz təkliflər alırıq. Hazırda Azərbaycanda 3 mağazamız fəaliyyət göstərir. Amma südlü şirniyyatları ənənəvi üsullarla hazırladıqda Azərbaycana göndərə bilmirik”, – deyə Güçlü Şeneler bildirib.

Lakin baş direktor Azərbaycana göndərilən şirniyyatların hansı üsullarla hazırlandığını açıqlamayıb.

Sözügedən açıqlama ilə bağlı məlumat almaq üçün şirkətin Bakıdakı ofisi ilə əlaqə saxladıq. “Özsüt” şirkətinin supervayzeri Kamran Ələkbərov virtualaz.org-a həqiqətən bütün məhsulların Türkiyədən gətirildiyini, lakin deyilənlərlə bağlı ətraflı məlumata malik olmadığını bildirdi: “Mənim bu incəliklərlə bağlı məlumatım yoxdur. Bunu şirkətin rəhbərliyi bilər. Amma hazırda onlar işdə deyillər”, – deyə şirkət rəsmisi qeyd edib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …