Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda keçmiş məmuru niyə döyə-döyə öldürdülər? – TƏFƏRRÜAT

Azərbaycanda keçmiş məmuru niyə döyə-döyə öldürdülər? – TƏFƏRRÜAT

2 gün əvvəl Abşeron rayonunun “28 May” qəsəbəsində 51 yaşlı Tapdıq Məmliyevin döyülərək öldürülməsi hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə T.Məmliyevin oğlu ilə həmyerlisi Səftər Hacıyevin övladı arasındakı mübahisədən sonra baş verib. Belə ki, uşaqlar dalaşarkən bir-birinin ünvanına nalayiq sözlər işlədib. S.Hacıyevin oğlu bu barədə atasına məlumat verib. Xəbəri eşidəndə sərxoş vəziyyətdə olan S.Hacıyev bundan sonra qardaşı Bəxtiyar və əmisi oğlu Şahmarla birgə Tapdıq Məmliyevin üstünə gedib. Onlar arasındakı mübahisə münaqişəyə çevrilib və həmin şəxslə 51 yaşlı Tapdıq Məmliyevi döyərək xəsarətlər yetiriblər. Başından ağır xəsarət alan T.Məmliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Bildirilir ki, hadisədən sonra qəsəbə sakinləri hadisəni törədən şəxslərdən oradan köçüb getmələrini tələb ediblər. Qətlə yetirilən T.Məmliyev xeyli vaxt bələdiyyədə rəhbər vəzifədə işləyib və qəsəbə sakinləri arasında hörmət sahibi imiş.

Araşdırmalar davam etdirilir.

*****

Abşeron rayonunda qətl törədilib. Lent.az xəbər verir ki, dünən axşam saatlarında Masazır qəsəbəsi ərazisindən 1966-ci il təvəllüdlü Məmliyev Tapdıq Əzizağa oğlunun üzərində xəsrətlər olan meyiti tapılıb. İlkin araşdırma zamanı onun naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək öldürüldüyü məlum olub.

Faktla bağlkı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın