Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda hər ailənin 16 min manat xarici borcu var – Ekspert Maliyyə Nazirliyinin statistikasını alt-üst etdi

Azərbaycanda hər ailənin 16 min manat xarici borcu var – Ekspert Maliyyə Nazirliyinin statistikasını alt-üst etdi

Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi xarici borcların həcmi ilə bağlı yeni məlumat yayıb.
Həmin məlumata görə, 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsul`a (ÜDM) olan nisbəti 22.8 faiz təşkil edib.
ADR hərəkatının lideri, tanınməş iqtisadçı alim Qbad İbadoğlu Maliyyə Nazirliyinin Azərbaycanın xarici borcu ilə bağlı yaydığı rəqəmin həqiqəti əks etdirmədiyini iddia edir. İqtisadçı bunu mötəbər beynəlxalq təşkilatların hesabatları ilə izah edib.
Mia.az-a açıqlama verən Q.İbadoğlu deyib ki, dünyanın mötəbər statistik mənbələrindən sayılan CİA (Central Intelligence Agency)-nın məlumatına görə, 2017-ci ildə Azərbaycanın dövlət borcunun ÜDM-də payı 22,8 deyil, 48,8 faiz olub. Onun sözlərinə görə, 2017-ci il üçün hesablanmış ÜDM-in 70,135.1 milyon manat təşkil etdiyini nəzərə alanda, dövlət borcunun Maliyyə Nazirliyinin açıqladığı kimi 15,9 milyard manat deyil, 34,2 milyard manat və yaxud hazırkı məzənnə ilə 20,1 milyard dollar olduğu məlum olur:
“Belə olan halda Azərbaycanda doğulan hər körpə 2054 dollar və ya 3490 manat borcla dünyaya gəlir. Orta statistik ailənin (4,5 nəfərlik ev təsərrüfatının) borcu isə 9243 dollar və ya 15705 dollar təşkil edir. Burda diqqəti çəkən əsas məqamlardan biri də odur ki, dövlət borcunun ÜDM-də payı kritik hesab edilən 40 faizi ötməsi və son illər onun artım tempinin sürətlənməsidir. Məlumat üçün qeyd edim ki, dövlətin borcuna hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər daxil edilir. Yəni bu halda neft şirkətinin dövlət zəmanəti olmadan aldığı borclar hesablanmış məbləğə daxil deyildir”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …