Ana səhifə / Araşdırma / Azərbaycanda gəlirli sahə olan sağlamlıq turizminin geri qalmasının 4 səbəbi

Azərbaycanda gəlirli sahə olan sağlamlıq turizminin geri qalmasının 4 səbəbi

Elxan Vəliyev: “Bu sahədə işlər gedir və nəticəsini 1-2 ilə görəcəyik”

Natiq Cəfərli: “Təkcə Naftalan ölkəmizə 10 milyardlarla dollar qazandıra bilər”

Azərbaycan əsrarəngiz təbiəti, zəngin tarixi ilə yanaşı, təbii şəfa ocaqları ilə də böyük turizm potensialına malikdir. Hələ sovetlər dövründə Kəlbəcərin İstisu sanatoriyası, Naftalanın müalicəvi nefti öz şöhrəti ilə dünyaya səs salmışdı və bura axın-axın turistlər gəlirdi.

Hər kəsə məlumdur ki, sağlamlıq turizmi dünya üzrə ən çox gəlir gətirən sahələr sırasındadır. Ötən dövrlərə nəzər salsaq, dünyada sağlamlıq xərcləri 4.1 və 5.4 trilyon dollar səviyyəsində olub. Ölkələrə görə təhlil edildikdə isə ABŞ-da səhiyyə turizminin xərcləri 5,5 milyon dollar, Avropada isə 3,5 milyon dollar həcmində olub. Ölkələrarası sağlamlıq turizmi üçün gələn xəstələr orta hesabla 500-600 dollar sərf edirsə, digər məqsədlərlə gələn turistlər isə 750-850 dollar arasında pul xərcləyir.

“Fins.az”ın məlumatına görə, Türkiyə sağlamlıq turizmini inkişaf etdirmək üçün yeni layihələr həyata keçirir, sağlamlıq turizm mərkəzləri yaradır. Türkiyənin 2023-ci ilə qədər gəlir hədəfi isə 20 milyard dollar civarındadır. Ölkə olaraq dünya səviyyəsində reallaşdırılan sərgi və təqdimatlar ilə müvəffəqiyyət qazanan Türkiyə, müalicə məqsədilə gələn turist sayınıda keçən ilə nisbətlə 2 faiz artım göstərib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, ilk iki sırada Amerika və Almaniyanın olduğu hesabatda Türkiyə sağlamlıq turizmində dünya üzrə üçüncü sıraya yüksəlməyi bacarıb. Rusiyada da tibb turizmi effektiv və fəal şəkildə inkişaf edir. Ölkədə olduqca geniş çeşidli tibbi xidmətlərin digər ölkələrə nisbətən müqayisəli səviyyədə daha ucuzdur. Bu əsasən, ürək, ortopedik və oftalmologiya üzrə əməliyyatlara aiddir. Rusiyanın Səhiyyə və Turizm nazirliklərinin hesablamalarına görə, federasiyanın tibbi turizm bazarı 13 milyard rub dəyərindədir.

Qonşu ölkələr olan Türkiyə və Rusiyada bu sahə sürətlə inkişaf etsə də, Azərbaycan üçün bunu demək çətindir. Azərbaycanın təbii müalicəvi əhəmiyyətli yerlərinə yerli əhalidən baqa demək olar ki, gedənlərin sayı barmaqla sayılacaq qədər azdır. Bu kimi gəlirli bir sahənin inkişafının zəif olmasının səbəbini isə mütxəssislərdən bəziləri təqdimat və təbliğatın zəif olması ilə əlaqələndirir, bəziləri isə qiymətlərin digər ölkələrə nisbətən baha olması ilə…

Maraqlıdır, bəs əsl səbəb nədir?

“FLY Travel” şirkətinin rəhbəri Mamed Əliyev qiymətlərin çox baha olduğunu dedi: “Azərbaycanın sağlamlıq turizm obyektlərinə gedənlərin sayı çox azdır. Bu turizm obyektlərinə daha çox özümüzünkülər gedir. Xaricdən gələnlər demək olar ki, yoxdur. Çünki qiymətlər bahadır. Məsələn Naftalanın qiyməti Rusiyanın Minvodı şəhərindəki sağlamlıq turizm obyekti ilə eynidir. Buna görə də çox insan Minvodını seçir. Həm də Minvodıya getmək üçün bilet də ucuzdur. Çox adam maşını ilə gedir”.

Картинки по запросу Живопись

Turizm eksperti Elxan Vəliyev isə bu sahədə işlər getdiyini və bunun nəticəsini 1-2 ilə görəcəyimizi dedi: “Yaxın qonşu ölkələrə diqqət etsək orada tibb sahəsində geriləmə olduğunu görərik. Elə həmin ölkələrdən, yaxınlıqda yerləşən digər ölkələrdən Azərbaycanın sağlamlıq turizm obyektlərinə axın olsa, bu sahədə bir partlayış ola bilər. Bu istiqamətdə də artıq işlər görülür. Yəqin ki, 1-2 ilə bu öz müsbət nəticəsini göstərəcək. Müəyyən infrastruktur qurub bunun təbliğini aparmaq lazımdır. Bu da yalnız dövlətin üzərinə düşmür. Bu sahədə olan aparıcı şirkətlərin xarici ölkələrdə maarifləndirici tədbirlər, sərgilər keçirməsi bu sahədə ciddi dönüş yaranmasına səbəb ola bilər”.

Картинки по запросу Natiq Cəfərli

Maraqlıdır, bu sahə inkişaf etdirilərsə, Azərbaycan da digər ölkələr kimi ciddi məbləğdə gəlirlər əldə edə bilərmi? İqtisadçı ekspert Natiq Cəfərli dünyada tanıdılarsa, təkcə Naftalanın ölkəmizə 10 milyardlarla dollar qazandıra biləcəyini dedi: “Elə ilk üçlükdə olan ölkələrə diqqət etsək, orada səhiyyə sisteminin çox yüksək səviyyədə inkişaf etdiyini görərik. Yəni tək təbii resursların olması, məsələn Naftalanda müalicəvi neftin olması azdır. Bununla paralel, güvənilə bilən bir səhiyyə sistemi də yaradılmalı və bu dünyaya çox yaxşı təbliğ edilməlidir. Bir çox ölkələrin müalicəvi əhəmiyyətli təbii resursları var, amma onu nə təbliğ edə bilirlər, nə də ki, alt yapıları, yəni səhiyyə sistemi yaxşı inkişaf etməyib deyə, güvənilən müalicə mərkəzinə çevrilə bilməyiblər. Bizim təbiətin çox gözəl şəfalı yerləri var. Fikrimcə, infrastukturun genişlənməsi, otellər şəbəkəsinin çoxlaması və bu yöndə müəyyən addımların atılması Naftalanın özünün çox ciddi bir brendə çevrilməsinə imkan yarada bilər. Amma bu sahədə də problemlər var. Otellərin sayı azdır, qiymətlər kifayət qədər bahadır və bu yerlərin xarici tanıtımı çox aşağı səviyyədədir. Azərbaycanda müalicəvi əhəmiyyətli yerlərin ciddi hekayəsi qurulmalıdır. Bu hekayə inandırıcı olub dünyaya təqdim edilməlidir. Bu inandırıcı olmalıdır ki, insanlar bura axın-axın gəlsinlər. Naftalanın belə bir imkanı var. Çünki bura keçmiş post-sovet məkanında az çox tanınır. Amma bunu dünyaya tanıtmaq lazımdır. Yeri gəlmişkən, ora aid hekayə qurmaq üçün də çox yaxşı məqamlar var. Məsələn Naftalanı Almaniyada tanıtmaq üçün kifayət qədər imkanlar var. Burada alman mühəndisi sənayə üsulu ilə qazma qurğusu vasitəsilə 250 metr dərinliyə qədər quyu qazıb və neft çıxarmağa başlayıb. Bunu Almaniyaya tanıtsaq, elə almanların özündə buna maraq yaranar və kifayət qədər turistlərin gəlməsinə nail ola bilərik. Çox təəssüf ki, təqdimat, təbliğat və reklamın istənilən səviyyədə olmaması Azərbaycanı bu potensialdan istifadə etməyə imkan vermir”.

Beləliklə, mükəmməl səhiyyə, infrastruktur, münasib qiymətlər və yaxşı reklam müalicəvi turizmi irəli apara bilər…

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …