Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda dəhşətli qətl: Müəlliməni məktəbin qarşısında bıçaqladılar

Azərbaycanda dəhşətli qətl: Müəlliməni məktəbin qarşısında bıçaqladılar

Yevlaxda qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yevlax şəhərindəki 2 saylı musiqi məktəbinin qarşısında qeydə alınıb.
Məktəbdə müəllimə işləyən 35 yaşlı Süleymanova Ahu Nadir qızı məktəbin binası qarşısında qardaşı Hüseynov Veysəl Nadir oğlu tərəfindən bıçaqlanıb. A. Süleymanova hadisə yerində dünyasını dəyişib.
Qadının 2 övladının olduğu bildirilir. Qətlin səbəbi məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın