Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda ağır cinayətlər törədən 138 kriminal qrup zərərsizləşdirilib

Azərbaycanda ağır cinayətlər törədən 138 kriminal qrup zərərsizləşdirilib

2017-ci ilin birinci yarısında (yanvar-iyun) mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 536, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törədən 138 kriminal qrup zərərsizləşdirilib.
Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən Modern.az-a məlumat verilib.
Bildirilib ki, qeyri-leqal dövriyyədən 603,3 kiloqram narkotik vasitə çıxarılıb. Bu əməllərə görə 34 cinayətkar qrup zərərsizləşdirilib, 1302 şəxs məsuliyyətə cəlb olunub. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 95 tondan çox çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın