Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda 651 qadın alkoqolizmdən əziyyət çəkir

Azərbaycanda 651 qadın alkoqolizmdən əziyyət çəkir

Alkoqol qəbulu nəticəsində yaranan psixi davranış pozuntuları diaqnozu ilə hazırda Respublika Narkoloji Mərkəzində 21 909 xəstə qeydiyyatdadır. Onlardan 651 nəfəri qadınlardır.

Virtualaz.org saytı xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova Beynəlxalq Alkoqolizmlə Mübarizə Günü ilə bağlı keçirilən tədbirdə deyib.

A.Məmmədova bildirib ki, alkoqolizmdən 30 – 35 yaşdan yuxarı olan şəxslər əziyyət çəkir. 2016-cı ildə ilkin olaraq alkoqol asılılığı nəticəsində qeydiyyata 551 nəfər düşüb. Onlardan da 28 nəfəri qadınlar olub.

“Alkoqolizm xəstəliyi narkoloji xəstəliklərin bir növüdür. Narkomoniya və taksikomaniya kimi alkoqolizm də təkrar yaranma ehtimalı olan xəstəliklər qrupuna aiddir. Alkoqolizmin müalicəsi sosial vəziyyət və insanın iradəsindən asılıdır. Alkoqolizm narkomaniyadan fərqli olaraq bir qədər gecikmiş yaşlarda özünü göstərir. Alkoqolizm xəstəliyindən ölüm orqanizmdə pararlel gedən xəstəliklərdən olur. Alkoqolizmin birbaşa ölümə səbəb olması nadir hallarda baş verə bilər. Psixoloji vəziyyətin ağırlaşması ürək, qan-damar, qaraciyər, həzm sistemində yaranan patalogiyaların nəticəsidir”,-şöbə müdiri deyib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …