Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda 14 icra hakimiyyəti ilə bağlı Baş Prokurorluğa ŞİKAYƏT EDİLDİ

Azərbaycanda 14 icra hakimiyyəti ilə bağlı Baş Prokurorluğa ŞİKAYƏT EDİLDİ

2018-ci ildə Bakı şəhərinin 8 rayonun icra hakimiyyəti ilə bağlı qanunsuz tikililərə görə, Baş Prokurorluğa müraciət edildi.

Unikal.org xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. Komitə sədri əlavə edib ki, Azərbaycanın bölgələrində yerləşən 6 rayonunun icra hakimiyyəti orqanları ilə bağlı sənədlər Baş prokurorluğa göndərilib:

“2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilmiş, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan “Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunmuşdur. Eyni zamanda, 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat Azərbaycan Respublikasının Baş prokurorluğuna təqdim olunmuş, faktlar üzrə araşdırmalara başlanılmış, bir hissəsi üzrə cinayət işləri açılıb”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …