Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı – VİDEO

Azərbaycanda 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı – VİDEO

Azərbaycanda 11 il orta məktəbdə müəllim işləyən qadının narkotik aludəçisi olduğu üzə çıxıb.

Unikal.org xəbər verir ki, hazırda narkomaniyadan müalicə alan qadın “Xəzər TV”yə açıqlamasında rəfiqələrinin təkidi ilə narkotikə qurşandığını bildirib:

“Uşaqlara dərs deyə bilmirdim. Əllərim əsirdi. 11 il işləmişəm, artıq 6 ildir işləmirəm. Ailənizin qədrini bilin, narkotik maddələrdən uzaq durun.

Rəfiqələrim gətirirdi və görürdüm ki, istifadə edirlər. Hamısı istifadə edirdi, mənə də çox maraqlı gəldi. Əvvəl onlara ağıl verirdim, sonra özüm də istifadə etməyə başladım.

Axır günlər görürdüm ki, canım gedir. 41 yaşım var və çox dəyişilmişəm. İndi görürəm ki, özümə gəlmişəm”.
https://baku.ws/video2/v.php?v=1831124

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …