Ana səhifə / Araşdırma / Azərbaycanda ər 16 yaşlı arvadını baltalayaraq öldürdü

Azərbaycanda ər 16 yaşlı arvadını baltalayaraq öldürdü

İmişli rayonunda ağır cinayət hadisəsi baş verib.

“ Azinforum.az ” Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə bu gün Gövhər kəndində qeydə alınıb.

Rayon sakini Ağababa Nəsirov birlikdə yaşadığı Aygün adlı qızı baltalayıb. Çoxsaylı xəsarət alan Aygün hadisə yerində ölüb. Cinayətin qısqanclıq zəminində törədildiyi bildirilir.

Ağababa Nəsirov tutulub. Faktla bağlı cinayət işi başlanıb.

***

“Report”un məlumatına görə, 16 yaşlı Aygün Altay qızı Abdulxalıqova 26 yaşlı Ağappa Albaba oğlu Nəsirovun həyat yoldaşıdır.

 

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın