Ana səhifə / Araşdırma / Azərbaycan vətəndaşı Peterburqda soyğunçuların qurbanı oldu

Azərbaycan vətəndaşı Peterburqda soyğunçuların qurbanı oldu

Peterburqda üç naməlum şəxs ticarət pavilyonunu qarət edib. “İqtisadiyyat bu gün”ün bildirdiyi kimi, hadisə 19 avqust gecəsi Sankt-Peterburqun Primorsk rayonunda baş verib.

Qarətçilər şənbə günü gecə Planer küçəsindəki “24 saat” adlı ticarət pavilyonuna gələrək orada işləyən Azərbaycan vətəndaşına bıçaqla hədə-qorxu gəliblər. Sonra kassadakı 46 min rublu, həmçinin özləri üçün siqaretlər, qida məhsulları, eləcə də və satıcının şəxsi əşyalarını, mobil telefonunu və sənədlərini götürərək aradan çıxıblar.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın