Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycan vətəndaşı gürcü ilə neft işinə girdi, 1.4 milyon dolları getdi

Azərbaycan vətəndaşı gürcü ilə neft işinə girdi, 1.4 milyon dolları getdi

Rusiya Baş prokurorunun müavini Vladimir Malinovski xüsusilə iri məbləğdə dələduzluq işi üzrə ittiham aktını imzalayaraq məhkəməyə göndərib.

Bu cinayət işinin qəhrəmanları Azərbaycan vətəndaşı və onu aldadan gürcü Bekar Razmadzedir.

İttiham aktına əsasən Bekar Razmadze Azərbaycan vətəndaşına qarşı (xəbərlərdə onun adı açıqlanmır-red) xüsusilə iri məbləğdə dələduzluq əməli törədib. 2012-ci ildə Bekar Razmadze Moskvada Azərbaycan vətəndaşını aldadaraq onun 1.4 milyon dollarını mənimsəyib. İstintaq müəyyən edib ki, Razmadze pulu azərbaycanlı biznesmendən ona neft məhsullarının alınması üçün götürüb.

Daha sonra biznesmenə Rusiyanın nüfuzlu neft şirkətlərindən birinin adına hazırlanmış , neft məhsullarının alınmasını təsdiqləyən saxta maliyyə sənədləri təqdim edib. Əslində isə gürcü dələduz azərbaycanlı biznesmenin pulunu mənimsəyib və öz məqsədləri üçün xərcləyib.

Hazırda Razmadze təcridxanadadır, onun barəsində qaldırılmış cinayət işi baxılmaq üçün Moskvanın Tversk rayon məhkəməsinə göndərilib. Virtualaz.org

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın