Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Azərbaycan diasporunun lideri rüşvətlə tutuldu

Azərbaycan diasporunun lideri rüşvətlə tutuldu

Ümumrusiya Azərbaycan Konqresinin Mordoviya şöbəsinin keçmiş rəhbəri Yaşar Abışov 6 il müddətinə həbs oluna bilər.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Yaşar Fəqan oğlu Abışov 2002-2007-ci illərdə Mordoviya prokurorunun baş köməkçisi olub. Bundan sonra pensiyaya çıxıb. Amma sonrakı hadisələrin də göstərdiyi kimi, əvvəlki işinin xüsusiyyətlərini və köhnə əlaqələrini unutmayıb.

İstintaqla müəyyən edilib ki, Abışovun tanışı olan bir qadın mayın 16-da onunla “Maqnit” mağazasının yaxınlığında görüşüb. Qadın Abışovdan 2003-cü ildə qrup halında qarət maddəsi ilə həbs olunmuş bir nəfəri vaxtından əvvəl həbsdən buraxdırmaqda yardım göstərməyi xahiş edib.

Qadını diqqətlə dinləyən keçmiş prokuror fürsətdən istifadə edərək ona təklif olunmuş pulları ələ keçirmək qərarı verib. Məsələ burasındadır ki, Abışov bu məsələnin həllinə təsir etmək gücünə malik olmayıb. Buna baxmayaraq o, qadına vəd edərək “buna imkan olduğunu, lakin lazımi adamlara 300 min rubl vermək lazım gəldiyini” bildirib.

Bu görüşdən bir neçə gün sonra qadın Abışova elə həmin yerdə maşının içində 250 min rubl verib. Dövlət təhlükəsizlik xidmətinin əməkdaşları Azərbaycan diasporunun liderini elə pulqarışıq yaxalayıb. Onun üstündən rüşvət kimi aldığı 250 min rubl da daxil üst-üstə 330 min rubl aşkarlanaraq götürülüb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın