Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Araşdırma / Azərbaycanlıların qanlı düşməni olan general “qanuni oğru”nu Bakıya niyə göndərib?

Azərbaycanlıların qanlı düşməni olan general “qanuni oğru”nu Bakıya niyə göndərib?

Yezidi kürdü olan “qanuni oğru”, Rusiya kriminal aləminin “xaç atası” olmağa iddialı Şakro Molodoyun yaxın qohumu Merab Kalaşovun Ermənistanda saxlanılması medianın üzünü İrəvana çevirib. 

Cebhe.info xəbər verir ki, Fransanın “çirki pullar”ın yuyulması və fırıldaqçılıqda ittiham edərək axtarışa verdiyi Merab Kalaşov Polşa vətəndaşı olsa da İrəvanda polis tərəfindən saxlanılıb. Bəzi məlumatlara görə, Ermənistan “qanuni oğru”nu saxlamaqla Yelisey Sarayı ilə daha bir bazarlığa imkan qazanmağa çalışır. Məlumdur ki, Merab Kalaşovu Ermənistana nə Rusiya DİN, nə də hazırda həbsdə olan Şakro Molodoy (Zaxar kalaşaov) göndərib. Hətta onu adı bu həbsə qədər o qədər də məşhur olmayıb. “Oğru”lar Ded Xasanın qətlindən sonra tərəflərini müəyyən edəndə də o, nədənsə ortada dayanıb və diqqətlərdən qaçıb.

İndi Ermənistanda erməni “qanuni oğru”lar azdır. Onların sayında son illər kəsin azalma olub, indi Ermənistanı əsasən yezidi “qanuni oğru”lar təmsil edir. Bir çox “erməni “oğru”lar özlərini Rusiyada sınamağa cəhd ediblər, ancaq bu ölkədə mövqlərini möhkəmlədə bilməyiblər. Ermənistan isə dünyada yeganə ölkədir ki, burda “oğru”lar həbsə atılmır. Erməni cəmiyyəti isə “oğru”lara bir qədər ehtiyatla yanaşmasına rəğmən onlar imkanlı şəxslər hesab edir. Hətta öz nüfuzunun pik dövründə də Ded Xasan kimi “oğru” özünü Zaqafqaziyada ancaq Ermənistanda daha rahat hiss edib. Bu bölgəyə Ded Xasan diplomatik missiya ilə gedirmiş. Rusiyanın “Praym-kraym” saytının yazdığına görə, Ded Xasanın Zaqafqaziya ölkələrinə- Ermənistan, Azərbaycan və Gürcüstana “diplomatik missiyası” barədə ən yaxşı xatirələrə malik olan şəxs Yevgeni Primakov olub. Primakovun “oğru dünyası” ilə əlaqələri barədə indi də danışılır, ancaq bir çoxları da susmağa üstünlük vrir. Ded Xasanı “özününküləşdirən” ermənilərə qarşı çıxmayan “xaç atası” eyni mövqeni Orta Asiyada da nümayiş etdirib. Burda isə onu saxta adla Xasan Aklikat kimi tanıyırdılar. Aslan Usoyan soyadındakı “yan” hissəciyinə görə ermənilərlə işbirliyi zamanı milliyyət məsələsində susurdu. Hər halda erməni yox, yezidi kürd olduğunu demirdi və beləliklə ermənilərlə iş birliyi daha asan alınırdı. Şakro Molodoy üçün də İrəvan sanki dincəlmək üçün seçilən bağ idi. O, əslində daha elit yerləri seçmək istəyərdi, ancaq çox zaman Dilicanla kifayətlənməli olurdu. Rusiyadan başqa Ermənistan ona həbs olunmayacağına dair zəmanət verən ikinci ölkə idi. İnterpol belə Şakronu bu ölkədə saxlaya bilmirdi, baxmayaraq ki, o, axtarışda olduğu müddətdə dəfələrlə Ermənistana gedib. Bunun qarşılığınd Şakro Ermənistan hakimiyyətinə verdiyi sözü yerinə yetirirdi- erməni “oğru”ları statusdan məhrum edilmirdi. Eyni zamanda 15 illik fasilədən sonra Sevonun “tacını” özünə qaytaran da məhz Şakro Molodoy olmuşdu.

Həmçinin oxuyun

800-dən çox saxta arayış, sosial şəbəkələrdə yalan xəbər, korrupsiya və… – Prokurorluq hesabat yayıb

2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini …

Bir cavab yazın