Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Araşdırma / Azərbaycanlı yüksək çinli məmur dişlərinə 600 min manat xərcləyib? – İDDİA

Azərbaycanlı yüksək çinli məmur dişlərinə 600 min manat xərcləyib? – İDDİA

Azərbaycanlı məmurların və onların yaxınlarının müxtəlif xəstəliklərin müalicəsi ilə bağlı xarici ölkələrə üz tutması heç kimə sirr deyil.
Bu qisim insanların Azərbaycan səhiyyəsində etibar etdikləri yeganə sahə stomatologiya sayılırdı. Belə bir etimad ölkəmizdə bu sahədə həm yüksək səviyyəli mütəxəssislərin, həm də ən müasir tibbi avadanlıqların varlığı ilə əlaqələndirilirdi.Ancaq deyəsən, bu sahəyə də inam itmək üzrədir.

Faktinfo.az-ın əldə etdiyi ilginc məlumata görə, Azərbaycanın hələlik kimliyini tam dəqiqləşdirə bilmədiyimiz iri çinli məmurlarından biri dişlərin müalicəsini və yenidən bərpasını İsraildə həyata keçirib.

Deyilənə görə, həmin məmur bu iş üçün 600 min manat vəsait xərcləyib. Əgər bu xəbər həqiqətən özünü doğruldacaqsa, onda təsəvvür etmək olar ki, həmin məmur digər orqanlarının müayinəsi və müalicəsi üçün nələrdən keçər.

Faktla bağlı araşdırmalarımız davam edir…

Həmçinin oxuyun

GÖMRÜK–KARQO “OYUNUNUN” ƏSAS İŞTİRAKÇLARI KİMLƏRDİR? – “Can Karqo”, “Gültekin Nakliyyat”…

Bu yaxınlarda özlərini türkiyəli iş adamları kimi təqdim edən sahibkarların adından daxil olan və Dövlət …