Cümə , Oktyabr 23 2020
Ana səhifə / Araşdırma / Azərbaycanlı şairin it dişləyən xanımı vəfat edib: “Lənətə gələsiniz!”

Azərbaycanlı şairin it dişləyən xanımı vəfat edib: “Lənətə gələsiniz!”

Gənc şair Elçin Aslangil həyatı ilə bağlı dəhşətli etiraf edib. “Qaynarinfo” xəbər verir ki, o, “Facebook” səhifəsində həyat yoldaşını it dişlədiyini və həkim məsuliyyətsizliyindən vəfat etdiyini bildirib.

Elçin Aslangilin statusunu təqdim edirik:

“Quduz it (həkimlər) 5 yaşlı uşağı öldürüb! Bu hadisə başıma gələnləri xatırlatdı. Lənət!…

2010-cu ildə, həyat yoldaşım Dilbəri it dişlədi, öz həyətlərinin iti.

1 ildən bir qədər çox idi ki, evli idik. Atası bizi qonaq çağırdı. Kəndə, Dilbərin ata evinə qonaq getdik. Bir gecə orda qalası olduq və səhərisi gün, həmin hadisə baş verdi. İt, Dilbərin qolunu dişlədi.

Cəmi 20 dəqiqə sonra Dilbəri Ucar rayon mərkəzi xəstəxanasına çatdırdım.

Azərbaycanlı şairin it dişləyən xanımı vəfat edib: "Lənətə gələsiniz!"

Xəstəxanaya yeni baş həkim təyin edilmişdi və köhnə baş həkimin tərəfdarları ilə yeni baş həkim arasında “soyuq müharibə” gedirdi.

Xəstəxanaya çatan kimi, Dilbəri cərrahiyyə şöbəsinə götürdüm. (quduzluğa qarşı iynə həmin şöbədə vurulurdu. Niyə infeksiya şöbəsində vurulmurdu? Bilmirəm.) Cərrahiyə şöbəsinin baş tibb bacısı, mənə kinayəli bir şəkildə dedi:

“Antibiotiklər yeni baş həkimdədi. Get, ondan icazə al, vuraq!” (Vicdansızlığa bax! Şərəfsizlər!)

Baş həkim Zeynalovun yanına getdim. O da, problem yoxdur, niyə vurmurlar? – dedi.

Без названия (1).jpg (50 KB)

Bir xeyli çək-çevirdən sonra iynə vuruldu. Fəqət, Dilbərə bir iynə vuruldu. Bildiyim qədəri ilə belə olmamalıdır. Tetanus iynəsi vurulmamışdı və elə həmin gün Dilbər ambulator müalicəyə, evə buraxıldı. Üç gün sonra İnfeksiya şöbəsinin baş həkimi evə xəstəxana işçisini göndərərək, xəstənin xəstəxanaya gətirilməsini istədi, apardım. Həkim dedi ki, xəstəyə tetanus iynəsi vurulmayıb və ümumiyyətlə antibiotik iynələrin də vurulmasından şübhəliyəm.

Beləcə bizim məlamətli günlər başladı. Ağır müalicə, ard-arda antibiotiklər, ittutma hadisəsindən bir həftə sonra, düşmək bilməyən qızdırma. Daha sonra sayıqlamalar və sairə… Nəticədə həkim səhlənkarlığı üzündən, hadisədən 24 gün sonra – 2010-cu il avqustun 8-də həyat yoldaşım Dilbər, faciəvi şəkildə, Musa Nağıyev adına xəstəxanada öldü, iyirmi iki yaşında, mavi gözlü Dilbərim… Lənətə gələsiniz!”

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın