Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlı qız Ankara terrorunda yoxa çıxıb -ŞOK OLAY

Azərbaycanlı qız Ankara terrorunda yoxa çıxıb -ŞOK OLAY

Martın 14-də Türkiyənin paytaxtı Ankarada törədlimiş terror aksiyasından sonra bu  şəhərdə qonaq olan Azərbaycan vətəndaşı sumqayıtlı qızdan heç bir xəbər yoxdur.
Bu barədə Turkustan.info saytında həmin qızın yaxınları məlumat verib. (Qeyd edək ki, qızın adı və haqqında ətraflı məlumat bizə məlumdur. Lakin, hazırda axtarış səbəbindən onu tanıyanlarda təşviş yaratmamaq üçün anonim saxlayırıq).
 Yaxınlarının bildirdiyinə görə sumqayıtlı qız Türkiyənin başqa bir şəhərində universitet tələbəsidir. Həmin gün rəfiqəsinin dəvəti ilə Ankaraya gəlib. Ailəsi ilə telefon danışıqları olub. Lakin, məlum partlayışdan sonra onun telefonuna zəng çatmır. Bir sıra əlaqədar qurumlara müraciət olunmasına baxmayaraq hələlik heç bir xəbər yoxdur.
Məsələni diqqətdə saxlayırıq. Ehtiyac olduğu təqdirdə, əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın