Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlı qanuni oğrunun qətlini Lənkəranski sifariş verib?

Azərbaycanlı qanuni oğrunun qətlini Lənkəranski sifariş verib?

Rusiyanın Sankt-Peterburq şəhər məhkəməsi 36 yaşlı azərbaycanlı qanuni oğruya qarşı sui-qəsddə günahlandırılanlara hökm oxuyub. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, kriminal aləmdə “Alik Rıjıy” və “Albert Gəncinski” kimi tanınan Əli Heydərovu öldürmək istəyən killerlər – Aleksey Şparuta və Ruslan Koryagin 6,5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hadisə 2014-cü ilin oktyabrında baş verib. Məlumata görə, Rusiyanın Naberejnıye Çelnı şəhərinin iki sakini – Aleksey Şparuta və Ruslan Koryagin Moskvada adı istintaqa məlum olmayan sifarişçidən “Kalaşnikov” avtomatı və iki tapança, onlar üçün sursat və pul alaraq Peterburqa gəliblər. Onların məqsədi kriminal çevrələrdə “Albert Rıjiy”, “Albert Gəncinski” və “Ali Arxangelski” ləqəbləri ilə tanınan azərbaycanlı “vor zakon” Əli Heydərovu öldürmək olub.

Əli Heydərov Rusiyaya 20 il əvvəl gedib. 2000-ci ildə soyğunçuluq, ölümlə təhdid maddələri ilə məsuliyyətə cəlb edilib. O, məşhur avtoritet “Ded Xasan”ın klanına daxil olub və tezliklə taclandırılıb. Bəzi ehtimallara görə, “Albert Gəncinski”nin qətlinin sifarişçisi Rövşən Lənkəranski olub.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın