Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Araşdırma / Azərbaycanlı prokurorun qatilinin nəvəsi Rusiyada ələ keçdi

Azərbaycanlı prokurorun qatilinin nəvəsi Rusiyada ələ keçdi

Sankt-Peterburqda Gəncə şəhər sakini, 2015-ci ilin avqustunda qətl törətməkdə şübhəli bilinən Mustafayev Firdovsi Elşad oğlu saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat veriblər. Mustafayev avqustun 3-də Nizami küçəsində 3 şəriki ilə birlikdə kütləvi davada iştirakda günahlandırılır. Dava nəticəsində 1985-ci il təvəllüdlü Gəncə şəhər sakini Zeynalov Niyaməddin Nağı oğlu bıçaqla qətlə yetirilib, 1986-cı il təvəllüdlü Abdullayev Cəlal Elşən oğlu isə yaralanıb. Sonuncu qarın nahiyəsindən bıçaq yarası alıb. Firdovsi Mustafayev Azərbaycana ekstradisiya edilib və Kürdəxanı İstintaq Təcridxanasına yerləşdirilib.

AR Baş prokurorluğunda cinayət işi üzrə araşdırma aparılır. Qətldə şübhəli bilinən digər üç nəfər haqqında isə axtarış elan edilib. Hələlik onlardan birinin – İbrahimov Valeh Əli oğlunun adı məlumdur.

Qeyd edək ki, kütləvi davanın səbəbi söyüş olub. Niyaməddin Zeynalovun həyatı bahasına başa gələn davanın səbəbi onun Mustafayev və dostlarına irad bildirməsi olub. Sonuncular qızların yanında söyüş söyürmüşlər. Bununla yanaşı məlum olub ki, Firdovsi Mustafayev ömürlük həbs cəzası almış Mustafayev Elşad Teyyub oğlunun oğludur. Eyni zamanda, saxlanılan şəxsin əmisi Mustafayev Məqsəd Teyyub oğlu da ömürlük həbs cəzasına layiq görülüb. Onların hər ikisi hazırda Qobu qapalı həbsxanasında saxlanılırlar.
Mustafayevlər sabiq baş nazir Surət Hüseynovun işi üzrə, həmçinin 1993-cü il Gəncə hadisələri zamanı Samux rayon prokuroru Şəmşir Əliyevin qətlində günahlandırılaraq həbs ediliblər.

Həmin ilin iyununda “surətçilər” dəstəsi Əliyevi öz kabinetindən çıxararaq qonşuluqdakı məktəbin həyətində güllələyiblər. Qeyd edək ki, bu işlə bağlı Mustafayevlərin atası – Samux rayonun sabiq icra başçısı Vaqif Mustafayev də həbs olunub. Lakin o, ötən il, həbsindən sonra tutulduğu xəstəlikdən ölüb.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın