Cümə , Dekabr 4 2020
Ana səhifə / Araşdırma / Azərbaycanlı mühacir alman polisinə zəng vurdu: “Hamınızı güllələyəcəm…”

Azərbaycanlı mühacir alman polisinə zəng vurdu: “Hamınızı güllələyəcəm…”

Almaniyann Bad Salzungen əyalətində Azərbaycandan olan mühacir yerli polis idarəsinə zəng edərək növbətçi zabiti pistoletlə hədələyib.

Virtualaz.org saytı alman mənbələrinə istinadən xəbər verir ki, hədələyici zəng polis idarəsinə dekabrın 23-də daxil olub.

Polis rəisi, komissar Mendi Bruse deyib ki, zəng edən şəxs polisin onu miqrasiya qaydalarını pozmağa görə 50 avro cərimələməsindən narazı imiş.

O, polisdən cərimə cəzasının ləğvini tələb edib, ancaq polis əməkdaşı qərarın ləğvinin mümkün olmadığını deyəndə zəng edən şəxs hədələyib: “Gəlib hamınızı pistoletlə güllələyəcəm”.

Bu zəngdən sonra polis binasının mühafizəsi gücləndirilib. Bütün giriş qapıları bağlanıb. Zəng edən şəxsin fotosu binanın giriş qapısına yapışdırılıb ki, əməkdaşlar binaya yaxınlaşanda onu tanıya bilsinlər.

Polis həmçinin azərbaycanlının barəsində təhqiqat başladıb və onun yaşadığı ünvana əməliyyat qrupu göndərilib. Ancaq şəxsi ünvanda tapmaq mümkün olmayıb.

Telefonda hədələnən əməkdaşla söhbətdən məlum olub ki, zəng edən şəxsin hədəsi o qədər də ciddi olmayıb və üstəlik polis idarəsinin binası yaxşı qorunduğundan pistoletlə silahlanmış şəxsin ora daxil olması mümkün deyil.

“Bununla belə biz bu cür təhdidlərə çox ciddi yanaşırıq və həmin şəxsi axtarırıq”-polis rəisi deyib.

O, azərbaycanlı miqrantın tezliklə tapılacağına inandığını bildirib.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın