Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlı iş adamının qətlində təqsirləndirilən şəxs axtarışa verildi

Azərbaycanlı iş adamının qətlində təqsirləndirilən şəxs axtarışa verildi

Ukraynanın Xerson vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətlində təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü İlham Məmmədov mütəşəkkil dəstə tərəfindən törədilən oğurluq və digər ağır cinayətlərdə təqsirləndirilir. O, Ukraynadan qaçdığı üçün barəsində dövlətlərartası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Xatırladaq ki, bu il avqust 17-də İlham Tağıyev evinin qarşısında döyülərək qətlə yetirilib. Onun qətlində iştirak edən dəstənin üzvləri, 1992-ci ildə Luqanskda doğulmuş Allahverdiyev Naim Balakişi oğlu, milliyyətcə erməni olan Sergey Karapetyan və Xaçik Montiyan milis tərəfindən saxlanılıblar. Lakin dəstənin digər üzvü, 1973-cü il təvəllüdlü Məmmədov İlham Qalib oğlu ölkədən qaçıb. Onun İranda gizləndiyi ehtimal olunur.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın