Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlı iş adamı diri-diri basdırıldı – VİDEO

Azərbaycanlı iş adamı diri-diri basdırıldı – VİDEO

Moskvada azərbaycanlı iş adamı borcunu qaytarmadığı üçün diri-diri qəbiristanlıqda basdırılıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, naməlum şəxslər Hikmət Salayevdən 30 milyon rublu geri qaytarmağını tələb ediblər. Lakin borcu vermədiyini gördükdə iş adamını diri-diri mobil telefonu ilə birgə qəbiristanlıqda basdırıblar.
H.Salayev qəbirdən qardaşı İsmayıl Salayevə zəng edərək yardım istəyib. Qardaşı 1,2 milyon rubl, həmçinin özünün BMW-535 markalı avtomobilini borclu olduqları şəxslərə verdikdən sonra cinayətkarlar Hikməti basdırdıqları yeri nişan veriblər. Xəstəxanaya yerləşdirilən Salayevin qabırğası sınıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın