Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlı iki azyaşlı uşağını oğurlayıb Bakıya yola düşdü

Azərbaycanlı iki azyaşlı uşağını oğurlayıb Bakıya yola düşdü

Rusiyanın Ufa şəhərində iki azyaşlı – 3 yaşlı Ruslan və 4 yaşlı Aişə itkin düşüb. Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, hadisə avqustun 20-dən 21-ə keçən gecə baş verib.

Azyaşlıların anası Yelena uşaqların itməsində onların milliyətcə azərbaycanlı olan atalarını günahlandırır. O, ehtimal edir ki, uşaqlar boşanmağa qərar verdiyi əri tərəfindən oğurlana bilərlər.

“Mən üç həftə əvvəl ona boşanmaq istədiyimi bildirdim. O, isə uşaqları mənə verməyəcəyini dedi. Dünən gecə saat 1-də işdən qayıtdım, gördüm ki, ev bomboşdur, maşın da yoxdur”, – deyə itmiş uşaqların anası qeyd edir.

Yelenanın həyat yoldaşı Bakı sakinidir və o, uşaqların itməsində ondan şübhələnir. O, körpələrlə yanaşı özünə məxsus olan “VAZ” markalı qara rəngli avtomobilin də yoxa çıxdığını deyir. Qadın hesab edir ki, əri uşaqları da götürüb son on ildə cəmi bir dəfə getdiyi vətəninə – Azərbaycana gedib.

Qadın polis idarəsində yazdığı şikayətində ərinin A942 ТУ 102 avtomobili ilə getdiyini bildirib. Hazırda polis körpələri axtarır.

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın