Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Araşdırma / Azərbaycanlı diplomatın qohumu qətlə yetirilmiş ola bilər – FOTO + VİDEO

Azərbaycanlı diplomatın qohumu qətlə yetirilmiş ola bilər – FOTO + VİDEO

Cinayət işi açılıb.

Peterburq hüquq-mühafizə orqanları Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin müavini Qüdsi Osmanovun 11-ci mərtəbədən yıxılan altıncı sinif şagirdi olan qardaşı oğlu Dursun Osmanovun ölümü ilə əlaqədar “özünəqəsd həddinə çatdırılma” maddəsi üzrə cinayət işini araşdırırlar.

Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, valideynlər övladlarının özünə qəsd etməsinə inanmırlar, onlar əmindirlər ki, oğlanı pəncərədən kim isə itələyib. Onlar uşağın əşyalarının pəncərə qarşısında yerdə səpələnmiş olduğu üçün gəliblər, faciənin şahidləri isə bağlanan pəncərənin səsini və iki kölgə görüblər.

Mərhumun qohumları bildiriblər ki, 13 yaşlı Dursun həyat dolu, istedadlı uşaq idi, dərslərindən beş alırdı, asudə vaxtlarında isə futbol oynayır və “Zenit” komandasına azarkeşlik edirdi. Valideynlərin sözlərinə görə, o depressiyada deyildi və heç bir zaman sui-qəsddən danışmırdı.

Faciədən bir neçə dəqiqə öncə anası Dursunu pəncərədən görüb, o dostları ilə futbol oynayıb, oyunun ortasında dayanıb və evə doğru qaçıb. Onun dostları təəccübləniblər və “Dursun, qayıt. Nə oldu?” deyə soruşublar. Amma yeniyetməni dayandıra bilməyiblər. Məktəblinin anası onun qorxduğundan əmindir, o heç darvazaya tərəf də qaçmayıb, iki metrlik hasardan aşıb, və yalnız onun qışqırığı onu darvazaya tərəf getməyə məcbur edib.

Narahat olan ana Dursuna zəng etmək qərarına gəlib. Oğlan telefonu açıb “Pyateroçkaya” girdiyini, indi evə gələcəyini bildirib. Amma anası oğlunun yalan dediyini anlayıb və mağazaya qaçıb, onun qorxuları haqsız olmayıb. Oğlu mağazada deyildi. Sonradan məlum olub ki, zəng zamanı məktəbli liftlə qalxırmış. Evə qayıdan qadın oğlunun cəsədini evin qarşısında yerdə görüb. Qonşuların sözlərinə görə, oğlan 11-ci mərtəbənin pəncərəsindən yıxılıb.

“Hadisə şahidləri deyiblər ki, elə səs çıxdı ki, elə bil divan aşdı. Qonşulardan kim isə Dursun yıxılan kimi 11-ci mərtəbənin pəncərəsi qarşısında iki siluet görüblər” – uşağın xalası Şəfa deyib.

Bununla yanaşı nə hüquq-mühafizə orqanları işçiləri, nə də valideynlər oğlanın telefonunun 17-ci mərtəbədə, evin açarlarının isə 7-ci mərtəbədə olmasını anlaya bilmirlər.

“Dursun yaşına baxmayaraq 180 sm boya malik idi, məndən hündür idi. O, heç vaxt telefonunu polislərin tapdığı yerə atmazdı. Yaxşı telefon idi”- uşağın atası Xəqani bildirib.

Müşahidə kameralarının yardımı ilə Dursunun ardınca binaya 45-50 yaşında açıq rəngli gödəkçə geymiş əlində ərzaq paketi olan kişinin daxil olduğu aydınlaşdırılıb. O, liftə yeniyetmənin ardınca girib, yeddi dəqiqə sonra isə Dursun pəncərədən yıxılıb. Onun şəkli evin sakinlərinə göstərilib, amma heç kim onu tanımayıb.

Həmçinin oxuyun

Azərbaycanda QİÇS problemi – əgər virusa yoluxmusunuzsa… – Fotolar

Əməkdaşımızın QİÇS-lə Mübarizə Mərkəzindən eksklüziv reportajı; SPİD xəstəsi öz yaxınları üçün təhlükədirmi, ən çox nələrə …

Bir cavab yazın