Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlı bu çıxışına görə həbs edildi – Video

Azərbaycanlı bu çıxışına görə həbs edildi – Video

Dünən Güney Azərbaycanda keçirilən aksiyalarda övladı ilə birlikdə həbs edilən Əbufəzl İmaninin görüntüləri yayılıb.

 

Axar.az Günaz TV-yə istinadən xəbər verir ki, görüntülərdə İmaninin Zəncan əhalisi qarşısında çıxışı əks olunub. Məhz bu çıxışından sonra o həbs edilərək naməlum istiqamətdə aparılıb.

 

Xatırladaq ki, iyulun 20-də “Tərh-i No” qəzeti Firdovsinin “Şahnamə” əsərindən bir hekayə nəşr edərək türkləri bədbəxt, irqi pis və s. kimi adlarla təqdim edib. Qəzetdə həmçinin “Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı qadındırlar. Ey irqi pis olan türk, sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get, qadınlar kimi əlinə pambıq və mil götür”, – sözləri də yer alıb. Bundan sonra iyulun 26-da bütün Güney Azərbaycanda türklərin təhqir edilməsinə qarşı mitinqlər başlayıb.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın