Bazar , Noyabr 29 2020
Ana səhifə / Araşdırma / Azərbaycanın müdafiə nazirləri kimlər olub?

Azərbaycanın müdafiə nazirləri kimlər olub?

11 müdafiə nazirindən ölkədən qaçaq düşən də, məhbəsdə öldürülən də var…

Bakıdakı təhsil kompleksində məlum video yayılandan sonra adı gündəmə gələnlərdən biri də sabiq müdafiə naziri Dadaş Rzayev oldu. Yayılmış videonun baş qəhrəmanının sabiq nazirin nəvəsi olması haqda iddialar az sonra təkzib olundu.

Dadaş Rzayev müstəqil Azərbaycanın sayca 6-cı müdafiə naziri olub. Azərbaycan müstəqillik dönəmində Müdafiə Nazirliyini yaradanda hələ keçmiş SSRİ-dən ayrılmamışdı. SSRİ-nin tərkibində olan və müstəqilliyini elan etməmiş Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb.  Azərbaycanın ilk müdafiə naziri postuna o zaman sovet ordusunda tanınmış hərbçi, general-leytenant Valeh Bərşadlı təyin olunub.

Həmin il oktyabrın 9-da Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18110 saylı hərbi hissəsinin bazasında Silahlı Qüvvələrin ilk motoatıcı briqadası formalaşdırılıb. Yeni yaranmış Müdafiə Nazirliyinin cəmi 1 minik avtomobili, hər zabitin isə cəmi 1 tabel tapançası olmaqla cəmi 4 silahı olub. Ümumilikdə isə müstəqillyini bərpa edən Azərbaycanın  müdafiə naziri postuna 11 dəfə təyinat olub.

Valeh Bərşadlı ile ilgili görsel sonucu

1991-ci ilin sentyabr-dekabr aylarında müdafiə naziri postunda, qeyd etdiyimiz kimi, general-leytenant Valeh Bərşadlıçalışıb. O, 1999-cu ilin 15 mayında vəfat edib. Məzarı Fəxri Xiyabanda yerləşir.

Tacəddin Mehdiyev ile ilgili görsel sonucu

1991-ci ilin dekabrından 1992-ci ilin yanvarınadək general-mayor Tacəddin Mehdiyev müstəqil Azərbaycanın  2-ci müdafiə naziri olub. Hələ nazir postunda olarkən Tacəddin Mehdiyev özü şəxsən 1992-ci il 25 yanvar tarixində Daşaltı kəndini erməni işğalından azad etmək üçün baş tutmuş əməliyyata rəhbərlik edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması  nəticəsində kəndə daxil olmuş bir neçə tağım xeyli itki verib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır.

Şahin Musayev .jpg (17 KB)

Tacəddin Mehdiyevi bu postda Şahin Musayev əvəzləyib. Polkovnik Şahin Musayev 1992-ci ilin yanvar-fevral aylarında Müdafiə Nazirliyinə rəhbərlik edib. Şahin Musayev 1992-ci ilin mayında Şuşanın işğalından sonra ölkədən qaçıb.

Tahir Əliyev ile ilgili görsel sonucu

1992-ci ilin fevral-mart aylarında isə müdafiə naziri postunda polis polkovniki Tahir Əliyev əyləşib. 1992-ci ilin 24 fevralında müdafiə naziri, 21 gün sonra, yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub. İki aydan sonra 38 yaşlı general sərəncama göndərilib. Hazırda ehtiyatda olan generaldır.

Rəhim Qazıyev ile ilgili görsel sonucu

1992-ci ilin mart ayından 1993-cü ilin fevral ayınadək müstəqil Azərbaycanın müdafiə naziri postunu mülki şəxs Rəhim Qazıyev tutub. Sonradan Rəhim Qazıyev də Şuşanın düşmənə təhvil verilməsində ittiham olunaraq həbs edilib, ölüm hökmünə məhkum olunub. Sonradan azadlığa buraxılıb. Hazırda Azərbaycanda yaşayır.

Dadaş Rzayev ile ilgili görsel sonucu

1993-cü ilin yanvar-iyun aylarında general-mayor Dadaş Rzayev müdafiə naziri vəzifəsində çalışıb. Hazırda sağlıq durumunda problemlər var.

1993-cü ilin iyun-avqust aylarında polkovnik Səfər Əbiyev qısa müddətdə Müdafiə Nazirliyinə rəhbərlik edib. (17 iyun 1993 – avqust 1993). 1993-cü ilin avqust-sentyabr aylarında general-mayor Vahid Musayev növbəti müdafiə naziri olub. Vahid Musayev qiyama görə həbs edilib ömürlük həbsə məhkum olunaraq Qobustan həbsxanasına göndərilmişdi. 8 yanvar 1999-cu ildə Qobustan həbsxanasında təşkil olunmuş qiyam zamanı qətlə yetirilib.

Məmmədrəfi Məmmədov ile ilgili görsel sonucu

1993-cü ilin sentyabr ayından 1995-ci ilin fevralınadək isə Azərbaycanın müdafiə naziri vəzifəsində general-leytenant Məmmədrəfi Məmmədov işləyib. (2 sentyabr 1993 – 6 fevral 1995). Sovet ordusu sıralarında Almaniya, Əfqanıstanda müxtəlif vəzifələrdə olub. Ermənistanla 12 may, 1994-cü il atəşkəs müqaviləsinin imzalanması da Məmmədrəfi Məmmədovun müdafiə naziri olduğu dövrə təsadüf edir. Bişkek protokolunu imzalayanlardan biri də Məmmədrəfi Məmmədov olub. Müharibədən sonra o, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı himayəsi altında 3500 alman sülhməramlı qüvvələrini Qarabağa gətirmək üçün təşəbbüs göstərmişdi. 1995-ci ilin 6 fevralında tutduğu vəzifədən azad edilib və yerinə Səfər Əbiyev təyin olunub. 76 yaşlı Məmmədrəfi Məmmədovun əsasən Rusiyada yaşadığı haqda məlumatlar var.

Səfər Əbiyev ile ilgili görsel sonucu

1995-ci ilin 6 fevralından 23 oktyabr 2013-cü ilədək Səfər Əbiyev müdafiə naziri postunu tutub. Səfər Əbiyev 1950-ci ilin 27 yanvarında Bakı şəhərində anadan olub. 1971-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M.Frunze adına Hərbi Akademiyanı bitirmişdir. 1971-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində işləmişdir. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb. 1995-ci ildə nazir təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.

Zakir Həsənov ile ilgili görsel sonucu

Azərbaycanın 11-ci müdafiə naziri general-polkovnik Zakir Həsənovdur.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …