Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / Azərbaycanın məşhur qızıl mədəni bağlandı – Şok səbəb

Azərbaycanın məşhur qızıl mədəni bağlandı – Şok səbəb

Güney Azərbaycanın Tikantəpə şəhərində fəaliyyət göstərən və mühüm əhəmiyyət daşıyan Zərşuran Qızıl Mədəni bağlanıb.
Buna səbəb yerli əhalinin mədəni işlədən şirkətə qarşı etiraz aksiyaları keçirməsidir.
“Zərşuranda işlərin dayandırılmasına səbəb, ətraf kəndlərin əhalisinin mədəndə işləməklə bağlı etiraz yığıncağı keçirməsidir. Kəndlilər bildirir ki, mədəni çalışdıran “Ahən Acin” Şirkəti mədəndə yalnız yerli olmayan şəxsləri işə götürür”, – deyə mədən işçiləri bildirib.
Məlumata görə, mədən fəaliyyətə başladığı gündən yerli əhali iş üçün şirkətə müraciət edir, lakin heç bir nəticəsi olmur.
Qeyd edək ki, Zərşuran Mədəni Yaxın Şərqin ən böyük qızıl mədənlərindən biri sayılır. Qərbi Azərbaycanın Tikantəpə bölgəsinin Zərşuran kəndində yerləşən mədənin qızıl məhsulu fars bölgələrindən olan şirkət sahiblərinin əlindədir. Tikantəpə şəhəri isə hazırda İranın ən yoxsul şəhərləri sırasındadır.
moderator.az

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …