Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Araşdırma / Azərbaycanın əməkdar artisti ailəsi ilə birlikdə London teatrından qovuldu

Azərbaycanın əməkdar artisti ailəsi ilə birlikdə London teatrından qovuldu

Xəbər verdiyimiz kimi, srağagün axşam London teatrlarından birində “Ələddin” tamaşasının başlamasına 5 dəqiqə qalmış bu tamaşaya 600 avro ödəyərək bilet almış Azərbaycanın əməkdar artısti Yusif Eyvazov, həyat yoldaşı və oğlu teatrdan qovulublar.

Virtualaz.org xatırladır ki, bu barədə özünün “İnstagram” səhifəsində Yusif Eyvazovun həyat yoldaşı, məşhur Rusiya opera müğənnisi Anna Netrebko məlumat vermişdi.

Onun sözlərinə görə, əri Lester-skverdə 600 avroya bilet alıb. Lakin sonradan müəyyənləşib ki, bu biletlər saxtadır.

Bununla bağlı Y.Eyvazov demişdi: “İndi isə gedirik pulumuzu geri almağa”.

Hirsi soyuyandan sonra Netrebko mikrobloqunda pərəstişkarları üçün daha bir müraciət yerləşdirib. Anna bildirib ki, biletlərə verilən pulu qaytara biliblər: “Bu hər kəsin başına gələ bilər. Bilet alarkən ehtiyatlı olun… Düşünürəm ki, biz “Ələddin”ə hələ baxacağıq. Sizə isə bizi dəstəklədiyinizə görə təşəkkür edirəm”.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …